Dollarla kredit borcu olanlara 1 dollar 1.05 AZN-dən hesablanacaq - Naxçıvanda

img

25-12-2015 [17:00]


Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yanında manatın devalvasiyasının yaratdığı iqtisadi və sosial nəticələrinmümkün qədər kompensasiya edilməsi məsələləri müzakirə olunub.

Kompleks tədbirlər toplusunun mühüm bir istiqaməti kimi ABŞ dolları ilə kredit borcları olan vətəndaşlara güzəşt məsələsinə baxılıb.

Bu məsələ ilə bağlı Ali Məclis sədritapşırıq verib ki, Naxçıvanda banka ABŞ dolları ilə kredit borcu olan sakinlər borclarını ödəyib qurtaranadək (yalnızkredit borcu olanlar borcunu ödəyən zaman)1 dollar = 1.05 manat ekvivalentində konvertasiya edilsin.

Ümid edirik ki, Naxçıvanda atılanbu addım və mühüm sosial qayğı digər banklar üçün də presedent yaradacaq(Strateq.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA