Regionlarda “Azərbaycanı Sevək” adlı intellektual yarışlar

img

25-12-2015 [16:27]


Azərbycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 17-21 dekabr tarixlərində Xocavənd və Beyləqan rayonlarında "Azərbaycanı Sevək” layihəsi həyata keçirilib.

Layihənin əsas məqsədi Azərbaycan həqiqətlərini öyrətmək və təbliğ etmək, ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızı, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş milli qəhrəmanlarımızı daim yaşatmaq, bu ənənələri gələcək nəsillərə ötürmək və gənclərin dilinə, tarixinə, keçmişinə, atributlarına, mədəniyyətinə, ədəbiyyatına, musiqisinə, şəxsiyyətlərinə sahib çıxıb hörmət etmələri üçün vətənpərvərlik ruhunun yüksəldilməsidir.

Layihə çərçivəsində gənclər arasında intelektual yarışlar keçirilib. Yarışlarda hər birində 5 nəfər olmaqla 10 komanda iştirak edib. Layihənin rəhbəri Şəhriyar Rəhimov, İnnovativ Gənclər İctimai Birliyinin sədri Raul Əhmədov yarışlarda qalib olan komandalara və iştirakçılara şəhədətnamələr və bukletlər təqdim edib. Gənclərə Azərbaycan Respublikasının bayqarları və qalib komandaya ölkəmizin xəritəsi hədiyyəedilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA