Hökumət qərar verdi; 4 qurum ləğv edildi

img

25-12-2015 [15:13]


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 4 qurumu ləğv edilib.

Mia.az xəbər verir ki, Nazirlər Kabinetinin Azərbaycan Milli Elmlər Akademiyasının bəzi məsələləri haqqında qərarına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi, "Selen" Elmi İstehsalat Birliyi, Reagentlərin İşlənməsi və Xalq Təsərrüfatı üzrə İstehsalat Təcrübəli Xüsusi Konstruktor Texnoloji Bürosu və Mineral Xammalın Kompleks Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosu ləğv edilib.

AMEA bu qərardan irəli gələn məsələləri həll edəcək.

Bu qərar imzalandığı gündən (15 dekabr) qüvvəyə minir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA