25-12-2015 [11:27]
"Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev son zamanlar mətbuatda barəsində gedən yazılara münasibət bildirib. C.Hacıyevin yaxınları tərəfindən "Report”a təqim olunan müraciətdə deyilir: "Mətbuatda gedən informasiyalarda MBA-Moskva Bankını məhz mənim iflasa saldığımı iddia edirlər. Bu məqamda onu qeyd etmək istəyirəm ki, MBA Moskva Bankı"Azərbaycan Beynəlxalq Bankı”nıntörəmə Bankı olaraq Rusiyada fəaliyyət göstərir və 2015-ci ilin mart ayına qədər bu bank göstəricilərinə görə, Rusiyanın və həmçinin Moskvanın reytinqli banklarından biri olub. İstər yerli reytinq müəyyən edən şirkətlər olsun, istərsə də Fitch kimi beynəlxalq reytinq müəyyən edən mötəbər təşkilatlar, məhz MBA Moskva Bankını Rusiyanın reytinqli bankları arasına daxil ediblər. 2014-cü ildə bu bankın mənfəəti 20 milyon dollar civarında olub. Həmçinin, mənim zamanımda orada verilən istənilən kredit portfeli tam təminatlı olub”.
C.Hacıyev qudası, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun bu banklar vasitəsilə biznes əlaqəsi olmasına dair mətbuatda yer alan iddialara da münasibət bildirib: "Qeyd etmək istəyərəm ki, Eldar Mahmudovun nə Beynəlxalq Bankla, nə də MBA Moskva Bankı ilə heç bir əlaqəsi olmayıb, ümumiyyətlə mənimlə hər hansı bir biznes əlaqəsi olmayıb. Mətbuatda gedən bu informasiyalar cəfəngiyatdır. Bir neçə gün öncə, həmçinin MBA Moskva Bankının rəhbəri Yaşar Səfərovun da adını mənimlə bağlayaraq iddia ediblər ki, guya onu bu vəzifəyə mən təyin etmişəm. Qeyd etmək istəyirəm ki, mən 2015-ci ilin mart ayında vəzifədən azad olunmuşam, Yaşar Səfərov isə indiki vəzifəsinə 2015-ci ilin sentyabr ayında təyin edilib, ABB-nin hazırkı rəhbərliyinin təyinatıdır. MBA Moskva Bankı barəsində həm Rusiyanın, həm də "Deloitte” kimi mötəbər şirkətlərin audit aktları bir daha sübut edir ki, mənim rəhbərliyim dövründə bu bankın likvidliyi yaxşı olub, bütün illəri mənfəətlə başa vurub. Bankın yeni rəhbərliyi isə məhz törəmə şirkətlərlə səriştəsiz işlədiyi üçün 2015-ci ildə törəmə şirkətlər bu vəziyyətlə üzləşib”.
ABB-nin sabiq rəhbəri barəsindəki digər iddialara da münasibət bildirib: "Həmçinin mətuatda qeyd olunur ki, Moskvada qeydiyyatda olan bəzi şirkətlər və Zaur İsazadə Cahangir Hacıyevin benefisiarıdır. Bununla bağlı qeyd edim ki, həmin şirkətlərin və Zaur İsazadənin mənimlə əlaqəsi yoxdur, hazırda həmin şirkətlər və qeyd olunan həmin şəxs Beynəlxalq Bankın yeni rəhbərliyi və Maliyyə Nazirliyi ilə sıx şəkildə təmasdadırlar. Həmin şirkətlər ABB və Maliyyə Nazirliyinin nəzarətindədir və Xəqani Bəşirovla əlaqəli şirkətlərdir. Hazırda da ABB və Maliyyə Nazirliyi Xəqani Bəşirovla Avropada sıx təmasda olmaqla bərabər öz aralarında benefisiarın kim olduğunu müəyyənləşdirirlər. Nəticə olaraq benefisiar məhz həmin şəxslər və qurumlardır.
Ümumiyyətlə ABB ilə əlaqədar onu qeyd etmək istəyirəm ki, 2008-ci ildə dünyada gedən qlobal böhran məhz ABB-dən də yan keçmədi. ABB-nin maliyyə dəstəyi ilə həyata keçirilən layihələr 2010-2013-cü illər ərzində çoxsaylı yoxlamalara məruz qaldı, hətta müəyyən faktların aydınlaşdırılması üçün cinayət işi də qaldırıldı. Bu ərəfədə şirkətlərin normal işi pozuldu, onların fəaliyyəti iflic vəziyyətinə düşdü. Bunun əsas səbəbi isə şirkətlərə məxsus möhürlərin, hüquqi sənədlərin, digər fəaliyyət üçün zəruri olan avadanlıqların istintaqa və təhqiqata cəlb edilməsi, yoxlanış obyekti olmaları idi. 2013-cü ildə məhz baş prokuror ABB-nin layihələri olan şirkətlər barəsində cinayət işinə xitam verib və nəticədə bütün hüquqi sənədlər şirkətlərin özünə qaytarılıb. Bundan sonra isə şirkətlər yenidən fəaliyyətə başlayaraq dirçəlməyə başladılar. Bir çox şirkətlər məhz ölkə ərazisində normal fəaliyyətlərini davam etdirməkdə idi. Böhrandan sonra bankın maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün Mərkəzi Bank və Maliyyə Nazirlyi tərəfindən Beynəlxalq Banka subordinasiya krediti verildi, bu kreditin əksər hissəsi isə xarici borclara və yerli layihələrin tamamlanmasına yönəldilib. Buna qədər ABB fiskal orqanlar tərəfindən hər hansı bir yardım olmayıb. Bütün likvidlik xaricdən cəlb olunan resurs hesabına əldə edilib. 2014-cü ildə ABB Avropa qiymətli kağızlar bazarına daxil olaraq 500 milyon avroluq avro bondlar buraxdı. Çox təəssüf ki, vəzifədən uzaqlaşmağım, bu layihənin tamamlanmasına əngəl oldu. Həmçinin o da qeyd olunmalıdır ki, dünyada gedən iqtisadi tənəzzül Azərbaycandan da yan keçmədi, məhz həmin layihələrin tam fəaliyyətində ləngimələrə səbəb oldu, həmçinin ABB rəhbərliyinin dəyişilməsi, o layihələrin həyata keçirilməsini və yekunlaşdırılmasını ümumiyyətlə mümkünsüz hala gətirdi.
Əlavə olaraq, məbtuatdan xahiş edirəm ki, informasiya yaymazdan əvvəl mənbələrin mötəbərliyinə diqqət yetirsinlər və dezinformasiya yaymaqdan çəkinsinlər. İnformasiya yaymazdan əvvəl kiçik sənədli araşdırma etsələr, obyektiv həqiqətin nə olduğunu aşkar edəcəklər”.
Qeyd edək ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. Sabiq bank rəhbərinin qudası Eldar Mahmudov isə oktyabrın 17-də milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi