"NİKOİL" bankdan özünü yandırmaq istəyən borclu ilə bağlı xəbərə reaksiya

img

24-12-2015 [19:29]


"Bu gün bir sıra Kütləvi informasiya vasitələrində "Kişi özünü Bankın qarşısında yandırmağa cəhd etdi” başlığı altında yazı dərc edilmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, adı çəkilən müştəri bankımızın müştərisidir və bank tərəfindən həmin müştəriyə dəfələrlə güzəştlər edilib". 

Bu məlumat "NİKOİL" bankdan Mia.az-a daxil olan məlumatda qeyd  olunub.

Məlumatda o da bildirilir ki, müştəri məlumatlarının məxfiliyi qorunduğu üçün əlavə məlumat təqdim edə bilmərlər:

"Ancaq qeyd etmək istəyirik ki, müştəri üzərinə yanacaq tökmək faktı qeydə alınmayıb, sadəcə belə bir niyyəti olduğunu bizə bildirib. 

Onu da qeyd etmək istəyirik ki, bu insident manatın devalvasiyası ilə heç bir əlaqəsi yoxdur".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA