24-12-2015 [18:07]
"Rusiya tərəfindən formalaşdırılan MDB Birləşmiş regional Hava Hücumundan Müdafiə Qüvvələri sisteminə Ermənistanın da qoşulması Azərbaycanın milli maraqlarına kəskin şəkildə ziddir”.
Bunu Salamnews-a açıqlamasında hərbi-siyasi icmalçı, ehtiyatda olan zabit Ramil Məmmədli deyib.
O bildirib ki, ötən gün Rusiya və Ermənistan müdafiə nazirləri Birləşmiş regional Hava Hücumundan Müdafiə Qüvvələri sistemlərinin birgə idarəçiliyinə dair saziş imzalayıblar: "Bu müdafiə sisteminin yaradılması ilə bağlı MDB ölkələri arasında ilkin razılaşma sənədi 1995-ci ildə Almatıda imzalanıb. Lakin bu günə qədər proses çox ləng gedib. 2013-cü ilə qədər bu sazişi yalnız Belorus imzalamışdısa, Ukrayna məsələsində Qərblə yaranan gərginlikdən sonra Qazaxıstan da bu sənədə imza atdı. Artıq Qırğızıstanın və Tacikistanın da bu sazişə imza atması və hava məkanını dolayısı ilə Rusiyanın ixtiyarına verməsi üçün rəsmi Moskva müraciətləri artırıb. Ermənistan Türkiyə ilə Rusiya arasında baş verən "Su-24" hadisəsindən sonra tez-tələsik Moskvanın bu istəyini qəbul etdi”.
R. Məmmədlinin sözlərinə görə, burada bizi bir neçə məqam xüsusi narahat edir: "Əvvəlcə onu deyim ki, bu sistemə görə, sazişə qoşulan dövlətlər bir-birinin hava məkanını mərkəzi avtomatlaşdırılmış sistem vasitəsilə görə biləcəklər. Daha dəqiqi saziş dövlətlərinin hava hücumundan müdafiə qüvvələrinin radiolokasiya sistemlərinin gördüyü ərazilər avtomatlaşdırılmış sistem vasitəsilə bir-birinə asan şəkildə ötürüləcək. Yəni Rusiyanın şimal bölgəsindəki radiolokasiya sistemlərinin Azərbaycanın hava məkanındakı hərəkəti gördüyü kimi Ermənistanın Hava Hücumundan Müdafiə Qüvvələri də bunu izləyə biləcəklər. Bu heç də bizim maraqlarımıza xidmət etmir. Həmçinin, bizi narahat edən digər məsələ isə Rusiyanın dolayısı ilə Dağlıq Qarabağın hava məkanını nəzarətə götürməsidir. Bəllidir ki, Dağlıq Qarabağ faktiki olaraq Ermənistan tərəfindən işğal olunub və bu ərazidəki hava hücumunda müdafiə sistemləri də Ermənistan Ordusuna məxsusdur. Yəni bu sistemlər İrəvandan idarə olunur. Bu o deməkdir ki, Rusiya Ermənistanı bu sazişə daxil etməklə Ermənistanın RLS-lərinin gördüyü bütün trayektoriyanı onlar da izləyə biləcəklər”.
Hərbi-siyasi icmalçının fikrincə, Azərbaycan MDB üzvü olsa da hələ ki, bu sazişə imza atmayıb: "Ölkəmizin bu sistemə qoşulub-qoşulmayacağı haqda bir söz deyə bilmərəm. Ancaq düşünürəm ki, ölkəmiz ya bu sistemə qoşulmalıdır, yaxud da buna adekvat addım atmalıdır. Məsələn, Azərbaycan-Türkiyə-Gürcüstan birləşmiş hava hücumundan müdafiə regional sistemi yaradıla bilər. Faktiki olaraq, bu üç ölkənin hərbi əlaqələri kifayət qədər yüksəkdir. Bu həm də Azərbaycanın milli maraqlarına xeyirdir. Əgər belə bir sistem yaranarsa Azərbaycan Türkiyənin və Gürcüstanın radiolokasiya sistemlərinin Ermənistan hava məkanından topladığı informasiyaları əldə etmiş olacaq. Türkiyə hava hücumundan müdafiə sistemlərinin buna texniki imkanı çatır. Bu da Ermənistan hava məkanının faktiki olaraq Azərbaycanın tam müşahidəsində olması deməkdir”.
R. Məmmədli bildirib ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyinin bu məsələ ilə bağlı qısa zamanda zəruri addım atacağına inanır. Çünki Azərbaycan heç bir halda hava məkanının düşmən Ermənistan tərəfindən müşahidə altında olmasına imkan verməməlidir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi