Banka borcu olan Bakı sakini özünə od vurmaq istədi - Daha bir kredit faciəsi

img

24-12-2015 [17:03]


Bakı şəhər sakini Elvin Mehdiyev özünü yandırmaq istəyib.

Bu barədə virtualaz.org saytına Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini Elvin Mehdiyev özünü "Nikoil” bankının Puşkin küçəsi, 30 ünvanında yerləşən ofisinin qarşısında yandırmağa cəhd edib. O, üstünə benzin tökərək özünə od vurmaq istəsə də yaxınlıqdakı insanlar buna imkan verməyib.

Bəzi məlumatlara görə, E.Mirzəyevin xeyli borcu olub və pulları qaytara bilmədiyi üçün bu üsula əl atıb.

Nəsimi Rayon Polis İdarəsindən bildirilib ki, iş üzrə materiallar ərazi üzrə Səbail RPİ-yə verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA