24-12-2015 [15:33]
Dekabrın 23-də Gənclərin "Tənhalara Dayaq” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə "Düz Seç” layihəsi çərçivəsində Vision TV-nin konfrans zalında tədbir keçirib.
Konfransı giriş sözü ilə açanİctimai Birliyin sədri Xoşbəxt Seyidova tədbir iştirakçıları və KİV nümayəndələrini salamladıqdan sonra təşkilatın məqsəd və vəzifələri haqqında geniş məlumat verib. 2001- ci ildən təsis edilən İctimai Birlik əlil və fiziki qüsurlu gənclərin cəmiyyətə inteqrasiyasına yardım göstərmək və onlara hərtərəfli dəstək olmaq üçün fəaliyyəti ərzində bir sıra uğurlu layihələr həyata keçirib. Eyni zamanda istedadlı və yaradıcı gənclərin aşkarlanması cəmiyyətin sosial-ictimai həyatında onların daha fəal iştirak etməsi üçün aktiv fəaliyyət göstərən təşkilat gənclərlə sıx əməkdaşlıq edir.
Azərbaycan gəncliyi hər sahədə olduğu kimi seçki sahəsində də potensial seçici və potensial namizəd kimi öz fəallığı ilə fərqlənir deyən Xoşbəxt Seyidova çıxışında Gənclər Fondunun dəstəyilə keçirilən "Düz Seç” layihəsinin məqsədindən və layihə çərçivəsində gənclərlə aparılan uğurlu işlər və keçirilən seminarlardan danışdı.
Gənclərin "Tənhalara Dayaq” İctimai Birliyinin sədri, layihənin əsas məqsədinin parlament seçkilərində ilk dəfə iştirak edən gənclərin seçki biliklərinin artırılması, onların maariflənməsinə dəstək vermək və seçki fəallığının artırılması olduğunu söylədi.
Təşkilat sədri, eyni zamanda seçkilərdə bu və ya digər səbəbdən iştirak etməyən, səs verməyə qatılmayan və ya ilk dəfə səs verəcək gənclərin seçki mədəniyyəti ilə bağlı maariflənməsinə dəstək vermək üçün layihə çərçivəsində gənclərlə geniş söhbət və qarşılıqlı diskusiya aparıldığını qeyd etdi.
19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsinin sədri, layihənin təlimatçısı Ədalət Tarverdiyev isə çıxışında öncəki illərlə müqayisədə gənclərin bu ilki seçkilərdəki aktiv iştirakını xüsusilə qeyd etdi. Məntəqə sədri "Düz Seç” layihəsi çərçivəsində keçirilən tədbir və seminarların gənclərin seçki ilə bağlı maariflənməsində böyük rol oynadığını dedi.
Qeyd edək ki, layihədən faydalananlar Bakı şəhərində yaşayan və təhsil alan 180 nəfər gəncdir ki, həmin gənclər ” Düz Seç” layihəsi çərçivəsində keçirilən 6 seminarda iştirak ediblər. Eyni zamanda təşkilat bu layihədən faydalanan gənclərin sayını artırmaq üçün 430 ədəd buklet və 350 ədəd broşur paylayıb.
Sonda Gənclərin "Tənhalara Dayaq” İctimai Birliyinin sədri Xoşbəxt Seyidova media nümayəndələrinin suallarını cavablandırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi