24-12-2015 [11:10]
Ölkədə baş verən ikinci devalvasiya "şoku” bankların acınacaqlı durumunu və bağlanma təhlükəsini bir daha ortaya çıxardı. İlin əvvəlində baş verən birinci devalvasiyanın təsirindən özünə gələ bilməyən bankların ikinci devalvasiyadan sağ çıxma ehtimalı azdır. Ekspertlər bildirirlər ki, bankların böyük əksəriyyəti 2016-cı ildən "sağ çıxmayacaq”.
Mia.az xəbər verir ki, ekspert Natiq Cəfərli musavat.com-a açıqlamasında bildirib ki, devalvasiyadan ən böyük zərbə bank sisteminə dəyib: "Hətta birinci devalvasiyanı bank sistemi hələ həll edib problemlərdən qurtara bilməmişdi. İkinci, növbəti, daha kəskin, daha ağır devalvasiya bank sistemini çökdürəcək. Azərbaycanda fəaliyyət göstərən 40-dan yuxarı bankın ən azından yarısında ciddi problemlər yaşanacaq. İyirmidən artıq bankın ya bağlanması, ya birləşməsi gündəmə gələcək. Gələn ilin əvvəlində artıq biz bunu müşahidə edəcəyik. Bu problemlər ilk növbədə problemli kreditlərin artması ilə bağlı olacaq. Problemli kreditlər həddindən artıq çoxalacaq. Bu geri dönməyən kreditlərin artması bank portfelinin vəziyyətinə ciddi təsir göstərəcək. Onu da nəzərə almaq lazımdır ki, bankların xarici kreditorlar qarşısında valyuta ilə böyük öhdəlikləri, borcları var. Onların da qaytarılmasında ciddi problem yaşanacaq. Bankların aldıqları kreditin üzərinə bir il ərzində təqribən özü qədər faiz gəldi. Ona görə də bank sistemində vəziyyət çox ağır olacaq. Gələn ildən kəskin vəziyyətin məhz bank sektorunda olması, ciddi ixtisarların olması, bankların bağlanması, defolt elan olunması və yaxud da böyük banklar tərəfindən kiçik bankların ən yaxşı halda udulması prosesinin şahidi olacağıq. Bank sektorunda işləyənlərin böyük əksəriyyəti iş yerini itirəcək”.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən bəzi kommersiya bankları həm manat, həm də dollar kreditləşməsini müvəqqəti dayandırıb. Kredit verilişinin dayandırılması əsasən istehlak kreditlərinə aiddir və müvəqqəti xarakter daşıyır. Həmin banklar kreditləşmənin qısa müddətdə, maksimum bu həftə ərzində bərpa olunacağını bildirib. İstehlak kreditləşməsində fəal olan banklar "Bank of Baku” ASC, "Unibank” ASC, "Bank Respublika” ASC kreditləşməni müvəqqəti olaraq dayandıranlar siyahısındadır. Banklardan bildirilib ki, kredit məhsullarının satışı cari vəziyyətlə əlaqədar olaraq müvafiq təhlil işlərinin aparılması məqsədilə müvəqqəti olaraq dayandırılıb. Təhlil prosesinin bir neçə gün davam edəcəyi gözlənilir. "Expressbank” ASC-dən isə kreditlərin taleyi ilə bağlı bu gün keçirilən iclasdan sonra qərarın açıqlanacağı bildirilib. Bununla yanaşı, "Dəmirbank” ASC, "Bank VTB (Azerbaijan)” ASC, "Kapital Bank” ASC, "Azər-Türk Bank” ASC kreditləşməni davam etdirir. "Kapital Bank” kreditləri yalnız manatla, "Azər-Türk Bank” dollarla, digərləri isə həm manat, həm də dollarla ayırır. Buna baxmayaraq, kreditləşməni davam etdirən banklarda proses məhdudlaşdırılıb.
Ekspert Vüqar Bayramov isə bildirib ki, bu dəfə də devalvasiyadan ən çox zərər çəkən sahə bank sahəsi oldu:"Mərkəzi Bank manatın məzənnəsinin aşağı düşməsinin bank sisteminə təsirlərinin minimuma düşməsi üçün addımlar atmalıdır. Manatın ucuzlaşması daha çox dollarla kredit götürən vətəndaşların ödəmə qəbiliyyətinə təsir göstərəcək. Bu da problemli kreditlərin daha da artmasına səbəb olacaq. Biz nəzərə alsaq ki, 21 fevraldan öncə dollarla kredit götürən vətəndaşların ödəyəcəyi məbləğin manatla ifadəsində təqribən iki dəfəyə yaxın, 21 fevraldan sonra kredti götürən vətəndaşların manat ifadəsində xərci isə 50 faizə yaxın artıb. Bu, o deməkdir ki, xarici valyuta ilə, xüsusilə də dollarla kredit götürən vətəndaşların ödəmə qabiliyyəti minimuma düşüb. Onlar öz kreditlərini ödəməkdə çətinlik çəkəcəklər. Bu baxımdan, Mərkəzi Bankın konkret addımlar artmasına ehtiyac var".
Ekspertin sözlərinə görə, indiki halda, Mərkəzi Bank ya dollarla verilən kreditlər üzrə yaranan xərcin bir hissəsini kompensasiya etməlidir, ya da Rusiyada olduğu kimi güzəşt müddəti tətbiq etməlidir ki, vətəndaşlar dollarla götürdükləri kreditləri ödəyə bilsinlər: "Xərclərin kompensasiyası zamanı Mərkəzi Bank xərclərin bir hissəsini öz üzərinə götürməlidir ki, vətəndaş üçün ağırlıq yaratmasın. Digər məqam güzəşt müddətinin müəyyənləşdirilməsi və bu müddət ərzində vətəndaşlara öz öhdəliklərinin yerinə yetirilməsi imkanının tanınmasıdır”.
***
Unibank-dan "Qafqazinfo"ya bildirilib ki, bankda kreditləşmə ilə bağlı heç bir problem yoxdur: "Artıq kreditlərə start verilib".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi