Həsən Zeynalova səfir vəzifəsi verildi - Sərəncam

img

23-12-2015 [21:50]


Prezident İlham Əliyev Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyinatı ilə bağlı sərəncam verib.  

Mia.az xəbər verir ki, sərəncama əsasən, Həsən Sultan oğlu Zeynalov Türkmənistana fövqəladə və səlahiyyətli səfir göndərilib.

Onu da qey edək ki,  Həsən Zeynalov noyabr ayında Türkiyənin İstanbul şəhərində Azərbaycanın baş konsulu və eyni zamanda, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılmışdı.

Onu da qeyd edək ki, bu gün Rəşad Eynəddin oğlu Məmmədov da Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA