23-12-2015 [13:41]
Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, Ermənistan Ordusu nə qədər atəşkəsi pozmağa davam edəcəksə, nə qədər yaşayış məntəqələrimizi, dinc sakinləri atəşə tutacaqsa ona daha çox və daha iriçaplı üstün silahlarla cavab zərbələri endiriləcək.
Bunu "AzeriDefence”yə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.
V.Dərgahlı bildirib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri öz qüvvəsinin və arsenalındakı silahların çox cüzi bir hissəsindən istifadə edir: "Silahlı Qüvvələrimizin sərəncamındakı silahların dağıdıcı gücü, tətbiq dərinliyi, dəqiqliyi bundan dəfələrlə artıqdır. Erməni tərəfi də bunu yaxşı bilir. Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, ehtiyac yaranarsa, Silahlı Qüvvələrimizin sərəncamındakı digər silahlar da düşmənə qarşı tətbiq olunacaq. O silahlar istifadə olunduğu zaman ermənilərin itkisi onların bu gün ağlına gələ bilməyəcəyi qədər, düşündüklərindən də artıq olacaq. Bunu onlar anlamalıdırlar”.
Nazirlik rəsmisi bəyan edib ki, buna görə də ermənilər gənclərini, erməni millətinin gələcəyini qorumaq istəyirlərsə, işğal altında saxladıqları Azərbaycan ərazilərini birdəfəlik tərk etməlidirlər.
V.Dərgahlı qeyd edib ki, bu gün cəbhədə gərginliyi süni şəkildə yaradan, dövlət sərhədində, qoşunların təmas xəttində işğal olunmuş ərazilərdən Azərbaycan kəndlərini, dinc əhalini atəşə tutan Ermənistan Ordusudur. Hər il onlarla dinc sakin Ermənistan hərbçilərinin açdığı atəş nəticəsində yaralanır, həlak olur. Bu faktlar beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-ə də məlumdur:
"Əgər düşmən hesab edirsə ki, biz buna biganə qalacaq, cavab verməyəcəyik, çox yanılır. Biz Azərbaycan Ordusu olaraq qarşı tərəfdə dinc əhaliyə maksimum şəkildə toxunmamağa çalışırıq. Hətta, xatırlatmaq yerinə düşər ki, bir neçə ay əvvəl ermənilərin işğal etdikləri Ağdərə ərazisindəki Talış və Madagis kəndlərinin sakinləri xarici KİV-ə müsahibələrində özləri də etiraf eləmişdilər ki, Azərbaycan Ordusu istəsə bizi vura bilər. Amma bunu etmir. Sadə ermənilər Ermənistandakı cinayətkar hərbi rejimin uydurduğu yalanları bu açıqlamaları ilə ifşa etdilər”.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibinin ötən gün yerli KİV-lərdə yayılan və guya Azərbaycan Silahlı Qüvvələrinin il ərzində cəbhədə 215 əsgər itirməsi açıqlamasına da toxunan V.Dərgahlı bunu Artsrun Hovannesyanın "yuxusu” adlandırıb: "Hovanisyanın bu bəyanatı öz müdafiə nazirinin hərəkətləri qədər çox məsuliyyətsiz, heç bir əndazəyə sığmayandır. Onlar öz sayıqlamalarını mətbuat vasitəsi ilə ictimaiyyətə sırımaqda, itkilərini gizlətməkdə ustadırlar. Bu sahədə böyük təcrübələri var.
Bizdə olan məlumata görə, Ermənistan tərəfi öz itkilərinin sayını gizlədir. İtkiləri o qədər çoxdur ki, onları açıqlamaqdan çəkinirlər. Odur ki, Azərbaycan tərəfinin itkiləri barədə şişirdilmiş, yalan, təxribat dolu xəbərlər yaymaqla erməni ictimaiyyətini qismən də olsa sakitləşdirmək istəyirlər.
Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki hər bir şəhid, yaralanan hərbçi barədə informasiyanı mütəmadi olaraq ictimaiyyətə açıqlayır. Şəhidimizin qanı isə artıqlaması ilə alınır. Azərbaycan ictimaiyyəti əmin olmalıdır ki, torpaqlarımz işğaldan azad edilənədək ordumuz düşmənə qarşı tədbirlərini davam etdirəcək. İşğal altında olduğu hər gün Azərbaycan torpaqlarından Ermənistana əsgər tabutları gedəcək”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi