Sabiq baş prokurorla yazıçı Anar qohum oldu - FOTOLAR

img

23-12-2015 [10:57]


Dünən AYB sədri, xalq yazıçısı Anarın qız nəvəsi Dəniz Məmmədlinin toyu olub.

Günel Anarqızının övladının toy mərasimi "Alov qüllələri”ndə keçirilib. 

Dəniz xanım tanınmış ailənin oğlu Vüsal Həsənovla ailə həyatı qurub. Toyda xalq şairi Fikrət Qoca, xalq artistləri Brilyant Dadaşova və Zülfiyyə Xanbabayeva iştirak edib. Aparıcısı Nərgiz Cəlilova olub.

Qeyd edək ki, Vüsal bəy keçmiş baş prokuror, hazırda Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənovun qardaşı oğludur. Cütlük bundan sonra Rumıniyada yaşayacaq.

Mia.az Axar.az-a istinadən cütlüyün fotolarını da təqdim edir: 





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA