İcra başçısı aksiya xəbərinə reaksiya verdi - Açıqlama

img

22-12-2015 [16:55]


""Binə” ticarət mərkəzində etiraz aksiyasının keçirilməsi barədə sosial şəbəkələrdə və bəzi saytlarda yayılan məlumatlar həqiqətə uyğun deyil”. 

Bunu Musavat.com-a açıqlamasında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov deyib. Onun sözlərinə görə, "Binə” və ya "Sədərək” ticarət mərkəzlərində heç bir etiraz aksiyası keçirilməyib. İcra başçısı aksiya xəbərlərinin yayılmasını təxribat kimi qiymətləndirib. 

Süleyman Mikayılov əlavə edib ki, hazırda sahibkarlar son dedvlavasiya ilə baxlı idxal olunan malları çeşidləyirlər və qiymətləri xarici valyutaların son məzənnəsinə uyğunlaşdırırlar. 

Qeyd edək ki, gün ərzində "Facebook” sosial şəbəkəsində "Binə” ticarət mərkəzində etiraz aksiyasının keçirilməsi ilə bağlı video yayılıb. Video bu gün çəkilmiş kimi qələmə verilsə də, qısa araşdırma nəticəsində məlum olub ki, görüntülər 2013-cü ilin yanvarına aiddir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA