22-12-2015 [14:13]
Gəlirini gizlədib dövlət büdcəsinə ödənişdən yayınan şou-biznes nümayəndələrinin bir neçəsinin adı açıqlanıb.
"Qafqazinfo”nun məlumatına görə, ən çox cərimələn müğənnilər sırasında Səidə Sultan liderdir. Müğənni 35 min manat məbləğində cərimələnib.
Nadir Qafarzadə 10 min manat, Manaf Ağayev 2500 manat, Əlikram Bayramov 1666 manat, Nura Suri 1000 manat dəyərində cərimə ödəməli olacaq.
Ramal İsfrafilov, Ayaz Qasımov, Elçin Cəfərov, ilhamə Qasımova daxil olmaqla mindən artıq şou nümayəndəsi də dövlət büdcəsinə vergiləri ödəməkdən yayınmaqda adlanır hallanır.
Müğənni Almaz Ələsgərli "Qafqazinfo”ya açıqlamasında 3 min manat cərimələndiyini bildirib:

"Bəli, cərimələnmişəm. Allaha şükür olsun ki, mənə 3 min manat cərimə yazıblar. Birdən 3 min ödəmək çətin olacaq. Başqalarında daha çoxdur, onlar necə ödəcəyək? Pulu olan aparıb ödəyəcək”.
Əməkdar artist Ədalət Şükürov vaxtında vergi ödəyən barmaqla sayılacaq məşhurlar siyahısındadır.
Müğənni açıqlamasında 10 ildir ki, vergi ödədyini qeyd edib:

"Mən 10 ildir ki, vergi ödəyicisiyəm. Hər il hesabatımı vermişəm. Son olaraq 780 manat cərimə olunmağım barədə məlumat verildi. Bunu da 5 gün qabaq Sumqayıtda gedib ödədim. Məndə cərimənin az olması vaxtı vaxtında hesabatlarımı verməyimdən irəli gəlir. Digrə həmkarlarım da isə cərimələr çoxdur. Onların özləri təqsirkardır. Çünki vaxtında hesabatlarını verməyiblər. Axı onları maarifləndirmək lazımdı? Bu barədə onlar məlumatsız olublar”.
İlhamə Qasımova günahın müğənnilərdə olduğunu vurğulayıb:
"Ümid edirəm ki, hər şey yaxşı olacaq. Vergini hər kəs ödəməlidir. Çox maraqlıdır ki, mənim adım da hallanır. Bu qanundur, borcumuzdur. Müğənni aylıq 200-300 min qazanmır ki, onun 18 faizini vergiyə ödəsin. Ədalətli faiz qoymaq lazımdır. Qazanan müğənni vergini vaxtında ödəməlidir.

Ən birinci günahkar müğənninin özüdür. Hansısa müğənni müsabiqəyə gedir. Gəlib danışır ki, müəyyən məbləğdə bizə pul verdilər. Bu yalan danışıqlar isə problemlər yaradır. Əksəriyyəti düzgün danışmağa utanırlar. Vergi söhbətindən sonra hər kəs düz danışmağa başlayacaq”.
Qeyd edək ki, şou aləmində çalışan 3 minə yaxın şəxs vergi ödəyicisi kimi qeydiyyatdadır. Onların 2942-nin bəyannamələrində uyğunsuzluq aşkarlanıb və artıq mindən artıq şou-biznes nümayəndəsinə ümumilikdə 749 min manat əlavə vergi hesablanıb.
Vergilər Nazirliyi vergidən yayınan müğənnilərə qarşı tədbirlərin sərtləşəcəyini bildirib.
Onların əmlakı siyahıya alınacaq, avtomobillərinə həbs qoyulacaq, ölkədən çıxmaları qadağan ediləcək. Borcu 2 min manatdan artıq olanlara isə cinayət işi açılacaq. Həmin şəxslərin siyahısı yaxın günlərdə nazirlik tərəfindən elan olunacaq.
Elvin
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi