22-12-2015 [12:58]
Prezident İlham Əliyevin dünən imzaladığı Fərmana əsasən ölkəmizdə avtomobil nəqliyyatı ilə istər ölkədaxili, istərsə də beynəlxalq sərnişin və yükdaşıma fəaliyyəti üçün lisenziyalaşdırma ləğv olundu.
Avtosfer.az-ın məlumatına görə, yəni bundan sonra həmin fəaliyyətlə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslər lisenziya almayacaqlar. Lakin bu heç də o demək deyil ki, həmin fəaliyyətlə istənilən şəxs necə gəldi məşğul ola bilər. Bu fəaliyyətlə məşğul olmaq üçün qanunvericilikdə nəzərdə tutulan bir sıra şərtlər var ki, həmin şərtlərə mütləq riayət edilməlidir. Şərtlər isə başlıca olaraq bunlardır:
1. Taksi fəaliyyəti, habelə avtobus və yük avtomobilləri ilə kommersiya məqsədli sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslər vergi orqanlarında və Dövlət Sosial Müdafiə Fondunda uçota durmalıdırlar. Onlar Vergi Məcəlləsinin 220-ci maddəsində nəzərdə tutulan sadələşdirilmiş vergini ödəyərək hər ay «fərqlənmə nişanı» almalıdırlar.
2. Taksi kimi istifadə olunan minik avtomobili, habelə avtobus və yük avtomobili texniki cəhətdən qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Həmin nəqliyyat vasitələrini idarə edən sürücülər də qanunvericiliyin tələblərinə uyğun olmalıdırlar. Məsələn, taksi kimi istifadə olunacaq avtomobil üçün standart tələblər bunlardır:
- taksi minik avtomobilinin damında «taksi» tanınma nişanı olan müvafiq fənər olmalıdır;
- hər iki tərəfdən qabaq və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş, dördbucaqlardan ibarət kompozisiyalı fərqləndirici nişan olmalıdır;
- hüquqi şəxslərin, habelə iki və daha artıq minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirən fiziki şəxslərin daşımalarda istifadə etdiyi taksi minik avtomobilləri sarı, ağ və ya bənövşəyi, fərqləndirici nişanları isə qara-sarı və ya qara-ağ rəngdə olmalıdır;
- taksi minik avtomobilləri nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış ili 15 ildən artıq olmayan avtomobillər olmalıdır;
- taksi-minik avtomobilində sərnişin üçün ön oturacağın cihaz panelində yaxşı oxuna biləcək şəkildə sürücünün soyadı, adı, fotoşəkili və daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı, telefon nömrəsi göstərilən məlumat lövhəsi olmalıdır;
- taksi minik avtomobilləri taksometr aparatı ilə təchiz olunmalıdır.
Yük avtomobilləri və avtobuslar da həm texniki təchizatına görə, həm də təhlükəsizlik baxımından qanunvericiliyin tələblərinə uyğun olmalıdır.
3. Müntəzəm sərnişin və baqaj daşımalarında istifadə olunan avtobuslar yalnız konkret müəyyən olunmuş hərəkət cədvəlinə və hərəkət sxeminə uyğun fəaliyyət göstərə bilər. Bu o deməkdir ki, məsələn, avtobusun sahibinin həmin marşrut üzrə hərəkət üçün qanunvericiliyə uyğun bağlanmış müqaviləsi olmalıdır və o, müqavilə şərtlərində göstərilən marşruta və vaxt rejiminə riayət etməklə hərəkət etməlidir və s.
Beləliklə, göstərilən fəaliyyət üçün lisenziyanın ləğvi bu sahədə çalışmaq istəyənlərin işini bir qədər asanlaşdırmağa yönəlib. Amma həmin fəaliyyət qanunverciliyin bütün tələbləri gözlənilməklə yerinə yetirilə bilər. Nəzərə almaq lazımdır ki, taksilərin, avtobusların və yük avtomobillərinin fəaliyyətinə, xüsusən də yol hərəkəti qaydalarına riayət edilməsinə, müvafiq daşımaları qanunvericiliyə uyğun icra etməsinə nəzarəti əsasən Dövlət Yol Polisi həyata keçirir. Bu sahədə qanunvericiliyin pozulmasına görə konkret cərimələr nəzərdə tutulur. Ona görə də hər kəs öz fəaliyyətində qanunveciliyə riaəyət etməlidir ki, cərimə ödəyəsi olmasın.
Ərşad Hüseynov, hüquqşünas
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi