Eks-deputatın prokuror oğlunun əmlakı müsadirə olundu

img

22-12-2015 [00:11]


Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, eks-millət vəkili Eldar Sabiroğlunun prokurorluq orqanlarından istefa verərək müxalifətə keçdiyini bəyan edən oğlu Rüfət Səfərovun mənzilində axtarış aparılıb, əmlakı müsadirə edilib.

Mia.az xəbər verir ki, bu barədə Rüfət Səfərov musavat.com-a açıqlamasında danışıb:

"2 saat bundan əvvəl xidməti kabinetimdəydiim. Baş Prokurorluğun 3 əməkdaşı, eləcə də Zərdab rayon polis şöbəsinin rəisi otağa daxil oldular. Sənədləri, kompüteri götürəcəklərini dedilər. Dedim şəxsi kompüterimdir, niyə götürürsüz? Dedilər, biz bilmək istəyirik ki, orda nəsə varmı, bundan istifadə edə bilərsən. Çaş-baş qaldım. Kompüterimi götürdülər. Özlərinə də dedim ki, indi 21-ci əsrdir, kompüter əsridir. Hansısa hakerin vasitəsilə İŞİD-in terrorist üzvü kimi qələmə verə bilərlər məni”.

Keçmiş müstənqiq deyib ki, daha sonra onun telefonlarına baxış keçiriblər:

"SMS-lərimi, zənglərimin siyahısını araşdırdılar. Onlara iradımı bildirdim ki, yoldaşımla yazışmalarıma niyə baxdız? Sonradan evimə gəldilər. Otaqlara girib başqa kompüter axtarmağa başladılar. Yataq otağına qədər girib baxdılar. Mən onlarla burda hüququn dili ilə danışa bilmədim”.

R.Səfərov hesab edir ki, bu əməliyyat səbəbsiz deyil:

"Sənədləri götürdülər. Baza toplayıb, cinayət təqibini həyata keçirmək istəyirlər. Sabah ölkə prezidentinə, İlham Əliyevə bu qanunsuzluqlar barədə müraciət edəcəyəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA