21-12-2015 [21:35]
"Qiymətlərin bahalaşmasından qorxuya düşən əhali marketləri boşaldacaq və bəzi məhsullar üzrə qıtlıq yaranacaq".
Mia.az xəbər verir ki, bu fikirləri Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı-alim Qubad İbadoğlu Mərkəzi Bankın üzən məzənnə rejiminə keçməsinə münasibət bildirərkən qeyd edib.
Onun sözlərinə görə, Mərkəzi Bank Azərbaycan iqtisadiyyatı üçün yaranmış ən pis iki ssenaridən yaxşısını seçib:
"Amma çox təəssüf ki, bir il ərzində qəbul edilən hər iki qərar vaxtında verilmədiyindən daha çox fəsadlar yaratdı. Neftin qiymətlərinin sabit və yuxarı olduğu ötən illərdə qəbul etməli qərarların hər ikisini çıxılmaz şəraitdə qəbul etdi. Çünki, nə ölkənin fiskal və nə də pul-kredit siyasəti nəinki uzun heç orta müddətli proqramlar və proqnozlar əsasında müəyyənləşdirilmir. Qəbul edilən qərarları geicdiyindən təsirsiz olur, çünki hökümətdən əvvəl işgüzar biznes və ayıq istehlakçı öz işini görür. Gecikənlər, xüsusilə də dövlət isə həmişə itirir".
İqtisadçı daha sonra son qərarın hansı təsirləri ola biləcəyini izah edib:
"Hesab edirəm ki, manatın dollara nəzərən məzənnəsinin tarazlaşması müddətə və iqtisadiyyatın vəziyyətinə bağlı olacaq. Bu baxımdan hazırkı kursu başlanğıc hesab etmək olar. Odur ki, məzənnəyə toxunmuram, çünki məzənnənin tarazlığı yenə də Mərkəzi Bankın bundan sonrakı addımlarından asılıdır. Əgər Mərkəzi Bank malik olduğu az miqdarda dollar ehtiyatı ilə valyuta bazarına müdaxiləni davam etdirəcəksə, əvvəlki siyasətin yumşaq varinatına "tənzimlənən üzən məzənnə siyasəti"nə gedəcəksə o halda manatın məzənnəsini nisbi olaraq tənzimləyə biləcək və təbii ki, manat ucuzlaşmaqda davam edəcək. Yox əgər "azad üzən məzənnə siyasəti"nə birbaşa keçid edəcəksə, o halda manatın indiki məzənnəsi gələcək məzənnəsi ilə müqayisədə şükrlü olacaq.
Konkret təsirlərə gəlincə, əvvəlcə müsbət tərəfindən başlayaq.
1) Fiskal sektorda yeni şituasiya yaranacaq, büdcəyə neft fondu və neft şirkətlərindən vəsaitlər vaxtında və tam şəkildə transfer ediləcək. Bu isə növbəti ilin büdcəsinin yarısının təminatı deməkdir.
2) Mərkəzi Bankın bundan sonra aparacağı siyasətdən asılı olaraq ehtiyatlarının azalma tempi aşağı düşəcək.
3) Mərkəzi Bankın pul-kredit siyasətinin təsirləri əvvəlki ilə müqayisədə yüksələcək.
4) Dollarla sərbəst yığımı olanlar, manatla öhdəliklərini daha asanlıqla qarşılayacaqlar.
5) İdxala xəcrlər azalacaq, idxalın yerli istehsalla əvəz olunması stimullaşacaq.
Mənfi təsirlərinə gəlincə, onlar əsasən sosial vəziyyətlə bağlı olacaq:
1) Qiymətlər, xüsusilə də idxal olunan ərzaq məhsullarının qiyməti bahalaşacaq.
2) Qiymətlərin bahalaşmasından qorxuya düşən əhali marketləri boşaldacaq və bəzi məhsullar üzrə qıtlıq yaranacaq.
3) Umumi qiymət səviyyəsinin bahalaşması və gəlirlərin dəyərsizləşməsi müqabilində əhalinin güzəranı daha da pisləşəcək.
4) Ölkədə işsizlik artacaq, xaricə miqrasiya güclənəcək.
5) Yoxsulluq çoxalacaq, ailə büdcəsinin əsas hissəsi ərzağa yönələcək, büdcədən insanın inkişafına yönələn xərclərə təhsilə və səhiyyəyə sərmayələr azalacaq".
"Belə vəziyyətdə hökümət və Mərkəzi Bank nə etməldir" sualını isə Qubad İbadoğlu belə şərh edib:
"1) Hökümət manatın dəyərsizləşməsinin təsirlərini neytrallaşdırmaq üçün sosial proqramları genişləndirməldir.
2) İqtisadiyyatda reformalar aparmalı, azad biznesi və rəqabəti dəstəkləməlidir.
3) Biznesin çıxış vəziyyətini yaxşılaşdırmaq üçün ümumi vergi amnistiyası elan etməlidir.
Mərkəzi Bank:
1) Keçid dövrü üçün azad deyil, tənzimlənən üzən məzənnə siyasətinə üstünlük verməldiir.
2) Ölkəyə valyuta daxil olmasını və onun satışını tam liberallaşdırmalıdır.
3) Uçor dərəcəsinə yenidən baxmalıdır, bankların kapitalının təmərküzləşməsi istiqamətində siyasətini davam etdirməldir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi