21-12-2015 [19:08]
Əmlak Məsələləri Dövlət Komitəsi ötən ildən start verdiyi sosial tədbirlərindən biri olan "Kütləvi çıxarış” kampaniyasını regionlarda davam etdirir.
Mia.az xəbər verir ki, kampaniya çərçivəsində növbəti tədbir Astara rayonunda keçirilib. Rayonda yaşayan vətəndaşlar "bir pəncərə” prinsipi əsasında kampaniyadan faydalana bilib. Sosial kampaniyada ümumilikdə 100-ə yaxın rayon sakini iştirak edib. Belə ki, vətəndaşlara onların mülkiyyətinə dair çıxarışlar birbaşa ünvanlarda komitənin bu kampaniyanı həyata keçirmək üçün ayrılmış nəqliyyat vasitələrində verilib.
Mobil ofislər (xüsusi nəqliyyat vasitələri) vasitəsilə təşkil olunan "Kütləvi çıxarış” kampaniyası qeydiyyat xidmətlərini şəhər, qəsəbə və rayonlarda, eləcə də, ucqarlarda, mərkəzlərdən uzaq məntəqələrdə vətəndaşların ünvanına aparır. Vətəndaş mülkiyyət hüququnun təmin olunması ilə bağlı hər hansı sənədləşdirmə üçün ərazi idarəsinə getməli olmur və bunun üçün vaxt sərf etmir. Bütün bu əməliyyatları Əmlak Məsələləri Dövlət Komitəsinin "Kütləvi çıxarış” kampaniyası çərçivəsində həll etmək daha çevik və rahatdır.
Belə kampaniyalar vaxta qənaət etməyə, əlverişli şəraitdə hüquqi hərəkətləri həyata keçirməyə, əlavə idarələrə getməməyə şərait yaradıb. Komitənin mobil ofisləri ərazi qeydiyyat idarələrində göstərilən ənənəvi xidmətlərdən idarələrə gələ bilməyən, hərəkət məhdudiyyəti olan insanların da faydalanmasını təmin edir. Bu cür imkanların yaradılmasında məqsəd xidmətlərdə vətəndaş amilinin önə çəkilməsi, sosial məmnunluğun yüksəldilməsi və hüquqi cəhətdən etibarlı mülkiyyət sahiblərinin sayının artırılmasıdır.
Xatırladaq ki, kampaniya çərçivəsində pay torpaqları, mənzillər, fərdi həyət evi və digər mülkiyyət barədə müxtəlif vaxtlarda vətəndaşlara verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər sənədlər kütləvi qaydada çıxarışlarla əvəz olunur. Eyni zamanda, daşınmaz əmlak və torpaq sahələri ilə bağlı əvvəlki illərdə verilən aktlar və digər ilkin sənədlər qəbul edilir.
"Kütləvi çıxarış” kampaniyası artıq intensivləşib, hər ay bir neçə dəfə olaraq həm Bakı, həm regionlarda keçirilir. Artıq paytaxtın Səbail, Sabunçu və Xətai rayon sakinləri kampaniyadan faydalanıb. Qarşıdakı dövrdə paralel olaraq həm Bakı, həm də regionlar üzrə kampaniyanı davam etdiriləcək.
Qeyd edək ki, indiyədək respublika üzrə 6000-ə yaxın vətəndaş kampaniyada iştirak edərək dövlət reyestrindən çıxarış əldə edə bilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi