21-12-2015 [10:37]
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov manatın növbəti dəfə ucuzlaşmasına münasibət bildirib.
Mia.az xəbər verir ki, o, Modern.az saytına deyib ki, Mərkəzi Bank bu qərarı çoxdan verməli idi:
"Bununla da yumşaq devalvasiyanın tənzimlənən prinsipinin tətbiqi həyata keçiriləcək. Mərkəzi Bankın valyuta ehtiyatları tükənmək üzrədir. Bu azalma davam etməkdədir və uzun müddət davam edə bilməzdi. Qonşu ölkələrdə valyutalar dəyərdən düşür, biz isə ehtiyatlardan istifadə edərək manatın məzənnəsini qoruyub saxlayırdıq. Ona görə də üzən məzənnə siyasətinə keçmək mütləq idi. Manat gec-tez öz dəyərini almalıdır. Hansı səviyyədə qərarlaşacaq, onu zaman göstərəcək”.
Deputat "Manat hansı həddə qədər ucuzlaşa bilər” sualına "bunu heç kim söyləyə bilməz” cavabını verib:
"Rəqəmləri söyləmək düzgün olmaz, amma proses gedəcək. Bütün bunlar isə neftin dünya bazarlarındakı qiymətlərindən asılı olaraq tənzimlənəcək. Azalmalar davam edəcəksə, bu yaxşı heç nə vəd etməyəcək. Əksinə neftin qiyməti qalxarsa, baxmayaraq ki, bu da inandırıcı deyil, o zaman problem müəyyən qədər həll oluna bilər”.
Deputat manatı rubl qədər olmasa da, çətin günlər gözlədiyini deyib.
***
"Azərbaycanda üzən məzənnə siyasəti yoxdur, olmayacaq da. Hökumət də, Mərkəzi Bank da camaatı aldatmasın. Bu sadəcə inzibati qaydada Mərkəzi Bankın və hökumətin təyin etdiyi məzənnədir”.
Bunu isə "Qafqazinfo”ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Mərkəzi Bankın manatın kəskin devalvasiyası ilə bağlı bu gün verdiyi qərara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, üzən məzənnəyə keçid üçün əsas elementlər ölkədə qiymətli kağızlar bazarının olması, açıq şəkildə fəaliyyət göstərən valyuta birjasının olması ölkəyə külli miqdarda valyuta gətirə biləcək çoxlu sayda şirkətlərin olması lazımdır: "Azərbaycanda bunların heç biri yoxdur. Sadəcə Azərbaycan hökuməti üzən məzənnə mədəni iqtisadi termin adı altında bir gecənin içində manatı kəskin devalvasiyaya apardı. Bu kəskin devalvasiyanın nəticələri Azərbaycan üçün çox ağır olacaq. Azərbaycan hökumətində düşünməyi, plan qurmağı bacaran bir komanda yoxdurmu? Çünki bu bankların, ticarət dövriyyəsinin çökməsinə, insanların gəlirlərinin azalmasına, qiymətlərin isə kəskin şəkildə 30 faiz civarında artmasına səbəb olacaq. Bu isə fəlakətli nəticələr doğura bilər. Bu dəfəki devalvasiya 21 fevral devalvasiyasından daha çox, yəni 47- 48 fazi civarında oldu. Bu çox böyük rəqəmdir. Bunun adı kəskin devalvasiyadır və inzibati qaydada məzənnənin təyin olunmasıdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi