20-12-2015 [18:34]
Məşhur YAP-çı, «91-lər»in üzvü, keçmiş deputat və Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov prokurorluq orqanlarından istefa verib. Qərarı barədə danışan Rüfət Səfərov sensasion açıqlamalar da verib.
«Pulu olan əxlaqsızların «namuslu» çıxması...»
R.Səfərov bildirib ki, ikinci dərəcəli hüquqşünas kimi 5 ildir Zərdab rayon prokurorluğunda müstəntiq vəzifəsini tutur. Dediyinə görə, bu illər ərzində heç kimlə şəxsi zəmində problemləri olmayıb. Bu gün istefa verməsi də sırf özünün istəyi ilə bağlıdır: «Ali təhsilimi başa vurduqdan sonra təxminən 6 il Kənd Təsərrüfatı Nazirliyində aqrar hüquq sahəsində hüquqşünas kimi çalışmışam. 2011-ci ildə üç mərhələli imtahandan sonra prokurorluq orqanlarına daxil olmuşam. 5 ilə yaxındır müstəntiq kimi fəaliyyət göstərirəm. Uzun müddətdir ölkədə tüğyan edən kütləvi namussuzluq, insanların haqq və hüquqlarının tapdanması, pulu olan əxlaqsızlıqların «namuslu» çıxması məni bu qərarı qəbul etməyə vadar etdi. Mən buna radikal yox, normal qərar deyirəm. «Azadlıq» qəzeti vasitəsi ilə xalqıma müraciət edirəm. Əvvəlcə xalqımdan dönə-dönə üzr istəyirəm ki, bu qərarı verməkdə bir qədər gecikmişəm. Bəlkə də bu addımı 2-3 il əvvəl atmalı idim. Xüsusi vurğulamaq istəyirəm ki, şəxsi müstəvidə heç kimlə heç bir problemim olmayıb. Aylıq maaşım, dolanışığım, evim, şəxsi avtomobilim var. Şəxsi planda heç kimdən şikayətim və ya narazılığım yoxdur. Lakin ictimai müstəvidə vəziyyət çox acınacaqlıdır. Millətimin taleyindən hədsiz narahatam. Bu gün oğrular, korrupsionerlər bayırda kefdə-damaqdadır. Zərrə qədər günahı olmayan insanlar isə həbsxanalarda çürüyür. Onların yeganə günahı həqiqəti söyləmələridir».
«Atam məni övladlıqdan rədd etsə də...»

R.Səfərov bu açıqlamalarından sonra atasının ondan üz döndərəcəyini, hətta rəsmi səviyyədə imtina edəcəyini də istisna etmir: «Atam Eldar Sabiroğlu Yeni Azərbaycan Partiyasının yaradıcılarındandır. Bu gün də həmin partiyanın sıralarındadır. Atam zəng edib məni tənbeh etdi. Bəlkə də məhkəmə qaydası ilə məndən imtina da edəcək.
«Azadlıq» qəzeti vasitəsilə atama müraciət edirəm. Əziz atam Eldar Sabiroğlu. Qətiyyən narahat olma. Məni övladlıqdan rədd etsən də, məndən imtina etsən də bil ki, sən, anam və başqa doğmalarım nə qədər əziz olsanız da, mənim üçün millətimin müqəddəsliyi daha üstündür. Millətim rəzil gündədir. Görün, insanları nə günə salıblar ki, rayon prokurorluğunda vətəndaş gəlib müstəntiqdən borc istəyir.
Bu yaxınlarda Corc Oruellin «1984» əsərini təkrarən oxudum. Öz-özümə düşündüm ki, bu qərarı verməliyəm və qorxu hissimi məhv etməliyəm. Sonra gördüm ki, qorxu hissi arxa, cəsarət ön plana keçib».
«İnsanlar itdən betər gündə yaşayır»
İstefa ərizəsini rəsmən bazar ertəsi təqdim edəcəyini deyən R.Səfərov «Azadlıq» qəzeti vasitəsilə Baş prokuror Zakir Qaralova da müraciət edib: «İstefa ərizəmi faks yolu ilə Baş prokurora ünvanlayacam. Fürsətdən istifadə edib Zakir Qaralova təşəkkür etmək istəyirəm ki, nisbi də olsa şərait yaradılıb və insanlar imtahanlarda iştirak edib prokurorluq orqanlarında işə düzəlirlər. Lakin o da reallıqdır ki, heç bir savadı olmayanlar imkanları, pulları olduğuna görə şəhərin mərkəzində əyləşib istintaq aparır və insanların taleyi ilə oynayırlar. Elə düşünməyin ki, Rüfət Səfərov bu gün Zərdabda əyləşib və nədənsə şikayətçidir. Namusuma and içirəm ki, Zərdabdan şikayətçi deyiləm. Həsən bəy Zərdabinin ruhu prokurorluq sisteminə nifrət edib ayrıldığımı bəyan etmək cəsarəti verib.
Mən bu fikrimi xüsusi qabartmaq istəyirəm ki, kimsə şəxsi problemimin olduğunu düşünməsin. Rüfət Səfərovun problemi şəxsi yox, ictimai müstəvidədir. Azərbaycanda insanlar itdən betər gündə yaşayırlar.
Əgər bu addımıma görə atamı təhqir predmetinə çevirsələr, beşqat artıq cavab alacaqlar. Buradan elan edirəm, heç nədən də qorxmuram. 34 yaşım var, qoy, qanım bu millətə halal olsun».
«Ortaya faktlar qoyacam»
Rüfət Əliyev sonda onu da bildirib ki, Azərbaycan hüquq sisteminin nə qədər rəzil vəziyyətdə olduğunu yaxın günlərdə faktlarla ortaya qoyacaq: «Azərbaycanda hüququn deyil, hüquqsuzluğun üstünlüyü var. Ölkədə azadlıq adına heç nə qalmayıb. Yalnız «ölmək azadlığı» var. Xüsusi mülkiyyət qeyd-şərtsiz rəsmi və qeyri-rəsmi harınlar tərəfindən qəsb edilir. Ölkə əhalisinin 90 faizi acdır. Bu və buna bənzər acı reallıq məni vadar etdi ki, qorxmadan xalqımın yanında olum»(azadliq.info).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi