“Manat artıq növbəti devalvasiya təhlükəsi altındadır" - Milli valyutamızla bağlı təhlükəli proqnoz

img

20-12-2015 [00:31]


"2016-cı ildə Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələrini kəskin artırması məzənnənin tənzimlənməsi ilə əlaqədar FES-in siyasərtinə istiqamətlənmiş Azərbaycan üçün qəbuledilməzdir". 

Bunu Trend-ə "Saxo Bank”ın Strategiyalar şöbəsinin müdiri Con Hardi deyib.

Onun sözlərinə görə, FES-in faiz dərəcələrini artırmasının Azərbaycan manatına təsiri ilk növbədə faiz dərəcələrinin artım tempindən və neftin qiymətlərindən asılı olacaq: "Manat artıq hazırda növbəti devalvasiya təhlükəsi altındadır, çünki ötən devalvasiyadan sonra neftin qiymətləri xeyli azalıb. Bu təzyiq neftin qiymətləri artsa, zəifləyə bilər, lakin 2016-cı ildə faiz dərəcələrinin artımı çox güman ki, Azərbaycan üçün qəbuledilməz olacaq”.  

C.Hardi qeyd edib ki, Azərbaycan 2016-cı ildə milli valyutanın daha böyük devalvasiyasına hazırlaşmalıdır: "Yəqin ki, bu devalvasiya 2014-cü ilin sonu 2015-ci ilin əvvəlindəki miqyasda olmayacaq, çünki neftin qiymətləri 2016-cı ilin əvvəlində özünün minimum səviyyəsinədək düşəcək”.  

Qeyd edək ki, dekabrın 16-da ABŞ Federal Ehtiyat Sistemi (FRS) dolların baza faiz dərəcəsini 0,25-0,5 faizə qaldırdı.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA