”Həcc ziyarəti qaydaları dəyişiləcək” - QMİ-dən açıqlama

img

19-12-2015 [23:36]


Səudiyyə Ərəbistanının Həcc Məsələləri üzrə Nazirliyi zəvvarların yerləşdirilməsi və həcc ziyarətinə gedən müsəlmanlara xidmət göstərən şirkətlər üçün lisenziya verilməsi qaydalarını sərtləşdirib.

Anspress-in məlumatına görə, nazirlik bu şərtlərin pozulacağı təqdirdə həcc-operatorlarının işinin dayandırılması və maliyyə sanksiyaları da daxil olmaqla müxtəlif cəzalar tətbiq edəcəyini açıqlayıb.

Səudiyyə Ərəbistanının Həcc Məsələləri üzrə Nazirliyi artıq Azərbaycan da daxil omaqla həcc ziyarəti təşkil edən bütün ölkələrə rəsmi şəkildə müraciət edib. Bunu QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.

"Bu məsələdən xəbərdarıq. Artıq bizim də səlahiyyətli nümayəndəmiz Səudiyyə Ərəbistanına dəvət alıb. Görüş yanvar ayının əvvəllərində baş tutacaq, tarixi onlar müəyyənləşdirəcəklər. Bizdə olan məlumata görə, həcc ziyarətinin yeni qaydalarla təşkili orada qərara alınacaq. Yəni həcc ziyarətinin qiyməti, ziyarətə gələnlərin sığortası, yerləşdirilməsi - bütün bu qaydalar yenilənəcək və yekunda protokol imzalanacaq. Heç şübhəsiz, bütün dövlətlər kimi biz də bu protokolla tanış olub qərar verəcəyik".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA