“Əgər hər hansı bir sahibkarı incidirlərsə..." - Aydın Əliyevdən xəbərdarlıq

img

19-12-2015 [19:33]


Dövət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bu gün Samur Gömrük-Keçid Məntəqəsində Rusiyaya gedən və əks istiqamətdə gələn vətəndaşların problemləri ilə maraqlanıb.

Mia.az "Report”a istinadən xəbər verir ki, sakinlərlə görüş keçirən Aydın Əliyev onlardan sərhədi keçərkən və əks istiqamətdə hərəkət edərkən çətinliklərinin olub-olmadığını soruşub. Vətəndaşlar isə çətinliklərinin olmadığını bildirib. A.Əliyev bütün post terminallar, keçiddəki yoxlama yerləri, yük terminallarının keçid yerləri ilə tanış olub.

DGK sədri bildirib ki, sahibkarlar bundan sonra daha rahat şəkildə öz məhsullarını Rusiya bazarlarına keçirə biləcəklər: "Əgər hər hansı bir sahibkarı incidirlərsə, bununla bağlı biz görüşlər keçirərək onların şikayətlərinə baxacağıq”.

O əlavə edib ki, ölkə qanunvericiliyinə əsasən Rusiyadan Azərbaycana şəxsi istifadə üçün gətirilən ərzaq məhsulları 10 kq-dan artıq olmamalıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA