Rabitə və Yüksək Texnologiyalar Nazirliyi informasiya siyasətini genişləndirir - Nazirlikdən açıqlama

img

19-12-2015 [16:57]


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) rəsmi mətbu orqanı olan "Rabitə dünyası" qəzeti yeni formatda və daha geniş auditoriyanı əhatə edən jurnalla əvəz olunacaq.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

"Məqsəd İKT-yə aid yeniliklərin müasir kommunikasiya vasitələri ilə daha innovativ üsullarla çevik şəkildə auditoriyaya çatdırılmasıdır. O cümlədən, Nazirliyin fəaliyyəti ilə bağlı bütün məlumatlar mütəmadi olaraq www.mincom.gov.az rəsmi portalı və www.ictnews.az elektron xəbər xidməti vasitəsi ilə ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda, Nazirliyin mətbu orqanı olan "Rabitə dünyası" qəzeti yeni formatda və daha geniş auditoriyanı əhatə edən jurnalla əvəz olunacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA