"O, mənim kadrım deyil" - Cahangir Hacıyevdən generalın bacısı oğluyla bağlı açıqlama

img

19-12-2015 [12:28]


Vəkil Aqil Layicov həbsdə olan "Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə dünən görüşüb.

Bu barədə "Report”a A.Layicov məlumat verib.

A.Layicov C.Hacıyevin vəziyyətinin normal olduğunu deyib. Sabiq sədr ABB-nin Sank-Peterburq filialının direktoru, polis tərəfindən saxlanıldığı deyilən Yaşar Səfərovun bu vəzifəyə onun əmri ilə təyin olunması barədə xəbərlərə də münasibət bildirib: "Cahangir Hacıyev bildirdi ki, Yaşar Səfərov "mənim kadrım deyil və bu vəzifəyə də onu mən təyin etməmişəm. Mən sədr vəzifəsindən mart ayında azad olunmuşam, Yaşar Səfərov isə vəzifəyə bu ilin sentyabr ayında təyin edilib”. Yəni, bu, reallıqdan tamamilə uzaq bir informasiyadır”.

Qeyd edək ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, dünən Rusiyanın hüquq-mühafizə orqanları ABB-nin Sankt-Peterburqdakı şöbəsində əməliyyat keçiriblər. Mətbuatda filialın direktoru Yaşar Səfərovun da saxlanıldığı barədə məlumatlar yayılsa da, sonradan Yaşar Səfərov bu xəbəri təkzib edib. Onu da qeyd edək ki, Y.Səfərov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun bacısı oğludur.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA