18-12-2015 [23:53]
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi müəssisələrinin Direktorlar Şurasının növbəti iclası keçirilib.
İclasda AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, elmi müəssisələrinin direktorları, AMEA Rəyasət Heyəti aparatının idarə və şöbə rəisləri iştirak ediblər.
Mia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə iştirakçıları salamlayıb və gündəlikdə olan məsələlərlə bağlı məlumat verib. Bu ilin yekunlarına dair görülmüş işlərə toxunan akademik bildirib ki, 2015-ci il AMEA üçün kifayət qədər uğurlu, səmərəli və məhsuldar il olub. Akademik Akif Əlizadə bu il ərzində akademiyanın 26-sı beynəlxalq olmaqla, 60-a yaxın mötəbər tədbir keçirdiyini iştirakçıların nəzərinə çatdırıb.
Elmin İnkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrasına dair görülən işlər haqqında məlumat verən akademik Akif Əlizadə qeyd edib ki, bu strategiyanın uğurla həyata keçirilməsi elmi tədqiqatların istiqamətlərini ölkənin mühüm ictimai-mədəni məsələlərin həllinə, eləcə dədünya elminin prioritet istiqamətlərinə uyğun müəyyənləşdirilməsinə, elmdə idarəetmə sisteminin modernləşdirilməsinə, elm və təhsilin inteqrasiyasına, elmi işçilərin sosial təminatının yaxşılaşdırılmasına və s. müsbət təsir göstərib.
Daha sonra AMEA-nın təsərrüfat subyektlərinin mövcud vəziyyəti və qarşıda duran vəzifələri, doktoranturaya qəbul prosesinin gedişi, doktorantlar arasında sosioloji sorğunun keçirilməsi, AMEA-nın magistraturasında qış imtahan sessiyasına hazırlıq məsələləri, AMEA və Belarus Milli Elmlər Akademiyası arasındakı elmi texniki əməkdaşlıq və "Nature Publishing Group” və "Palgrave Macmillan” nəşriyyatları ilə əlaqələrin yaradılması ilə bağlı təkliflər haqqında AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov, Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev və digər natiqlərin çıxışları dinlənilib.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi