18-12-2015 [23:09]
Bu yaxınlarda baş verən bir hadisə Dünya Azərbaycanlıları Konqresi (DAK) rəhbərliyi arasında ciddi narazılıq yaradıb.
Bizə məlumat verən mənbənin dediyinə görə, DAK-dakı vəziyyətin gərginləşməsinə səbəb noyabrın 27-sində Bakının Nərimanov rayonu ərazisində yerləşən "Askar” oteldə DAK İdarə Heyətinin üzvləri adı ilə toplantının keçirilməsi və həmin tədbirdə Sabir Rüstməxanlının müavinlərindən birinin də iştirak etməsi olub.
DAK-ın birləşdirici qurultayı adı ilə düzənlənən həmin tədbirdə İsveçdən olan qonaqlarla yanaşı, Azərbaycan ictimaiyyətinin də nümayəndələri iştirak ediblər.
Məlum olub ki, iştirakçılar Dünya Azərbaycanlıları Konqresinin 26-27-28 fevral 2016-cı ildə Xocalı soyqırımının ildönümündə planlaşdırılan Birlik-Bərabərlik və Qardaşlıq Qurultayının hazırlıq planlarından, DAK-ın parçalanmasının səbəblərindən və birləşdirilməsi üçün atılacaq addımlardan danışıblar.
Maraqlıdır ki, keçirilən həmin tədbir DAK tərəfindən böyük narazılıqla qarşılanıb. Xural.com-un yaydığı vedeomaterialdan da görünür ki, DAK icra aparatının rəhbəri Samir Adığözəlli iki nəfər gənclə birlikdə tədbirin keçirildiyi zala daxil olaraq, öz kəskin etirazını bildirir və DAK-ın legitm strukturları adından kimlərinsə danışmağa haqqı olmadığını söyləyir.

Ən diqqət çəkən məqam isə, keçirilən tədbirdə DAK idarə heyətinin üzvü və qurumun sədr müavini Xəzər Eminin iştirakı olub. Cünki, videodan görünür ki, həmin tədbirdə Sabir Rüstəmxanlının əleyinə kifayət qədər tənqid səsləndirilir, ancaq Xəzər Emin onlara etiraz etmir. Hətta İstanbul qurultayında təmtəraqla iştirak edən, sonradan isə təşkilatdan getdiyini bildirən Əjdər Tağızadə Xəzər Eminə xitabən ünvanladığı sual vasitəsilə DAK-ın İsveçdə onun adına qeydiyyatdan keçdiyinə dair təsdiq cavabını belə ikincidən alır. Qəribə paradoks yaranır. Xəzər Emin Sabir Rüstəmxanlının müavinidirsə, onda həmin toplantiya niyə qatılıb? Orada DAK-ı təmsil edibsə, niyə onun təmsil olunduğu qurum və onun rəhbərliyi haqda səslənən ittihamlara lazımi reaksiyanı vermir? Həqiqətən oradakı insanlarla həmfikirdisə, niyə DAK-dan istefa verib həmin adamların sırasına qoşulmur?
Əldə etdiyimiz məlumata görə, Xəzər Eminin DAK əleyhinə olan bir toplantıya qatılması qurumun rəhbərliyi tərəfindən böyük narazılıqla qarşılanıb. Hətta deyilənə görə, DAK-ın bəzi funksionerləri Xəzər Eminin həmin toplantıdakı iştirakına görə cəzalandırılmasını tələb edirlər.
Yəqin ki, Sabir Rüstəmxanlı bu məsələ ilə bağlı konkret qərarını açıqlamaq məcburiyyətində qalacaq. Cünki prinsipial qərarın verilməyəcəyi təqdirdə, DAK-dakı gərginliyin açıq müstəviyə qədəm qoyacağına qəti şübhə yoxdur.
Xəzər Emin Azinforum.az-a açıqlamasında bildirib ki, Bakıdakı otellərdən birində keçirilən toplantıda həqiqətən iştirak edib: "Bu məsələdə heç bir qəbahət də görmürəm. Orda olanlar xalq düşməni deyillər ki? Çoxları ilə şəxsi tanışlığımız və yaxın münasibətimiz var”.
"Sizin həmin tədbirdə iştirakınız DAK rəhbərliyi ilə razılaşdırılmışdı” – sualına Xəzər Emin belə cavab verdi: "Mən ora getməzdən əvvəl Sabir Rüstəmxanlıya bir neçə dəfə zəng vurdum, ancaq danışa bilmədim. Sonra, hazırda xaricdə olan DAK-ın digər həmsədri Firudin bəylə danışdım. O, mənim həmin tədbirə qatılmağıma etiraz etmədi. Orada müzakirə olunan məsələ bizim hamımıza lazımdır. Bu, milli bir təşkilatdır. Nə qədər güclü olsa, o qədər yaxşıdır. Təəssüflər olsun ki, mənim həmin toplantıda etdiyim çıxışı tam verməyiblər. Toplantıda elə fikirlər olub ki, mən ona kəskin etirazımı etmişəm. Bir sözlə, bu məsələni pis yerə yozmaq lazım deyil. Mən, həmi tədbirdə DAK-ı layiqincə təmsil etmişəm. Ordakı iştirakımla bağlı DAK idarə heyətinin toplantısında geniş izahat vermişəm. Təşkilatdaxilində olan bəzi kiçik məsələlər var ki, bu barədə danışmaq istəmirəm. Hazırda bu məsələ ilə bağlı Sabir Rüstəmxanlı ilə aramızda heç bir narazılıq yoxdur”
"Hər detal düz idisə onda DAK-ın digər təmsilçisi olan Samir Adıgözəlli niyə tədibirə etiraz edirdi” – sualına Xəzər Eminin cavabı belə oldu:
"Samir bəyin özünə də orda əyləşmək təklif edildi. Prinsipcə, onun da tədbirdə iştirakı normal olardı. Sonra isə Ədər Tağızadə mənə dedi ki, Samir Adıgözəlli otel rəhbərliyinə özünü hansısa dövlət qurumunun əməkdaşı kimi təqdim edib. Yəqin ki, narazılığa səbəb belə kiçik detallar olub”.
DAK icra aparatının rəhbəri Samir Adıgözəlli isə Azinforum.az-a açıqlamasında bildirdi ki, heç vaxt tutduğu nalayiq əməllərə görə DAK-dan qovulan Əjdər Tağızadəylə bir masa ətrafında oturmağı özünə rəva bilməz:
"Mən, özümü hansısa qurumun əməkdaşı yox, DAK təmsilçisi kimi təqdim etmişəm. Videoda bu tam əks olunub. Sonra videoya baxanda gördüm ki, Əjdər Tağızadə mənim arxamca nalayiq ifadələr işlədir. Hətta öz tərbiyəsinə uyğun olaraq xanımları da arxasınca qeybət edir. Bu, əxlaqda, tərbiyyədə olan adam hansı böyük ideyalardan danışa bilər. Onların içində gözəl ziyalılarımız da var. Amma insanlara fırıldaq gələrək onlara böyük məbləğdə maddi ziyan vuran həmin adamlar gərək utanaraq xalq içinə çıxmasınlar. Yaxın günlərdə: istər Mərdan Seyidbəylinin, istərsə də Əjdər Tağızadənin əməlləri barədə geniş açıqlamalar verəcəm”.
Mia.az Azinforum.az -a istinadən qalmaqala səbəb olan tədbirin videosunu təqdim edir:
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi