MTN-in 2 yüksək vəzifəli şəxsi də işdən çıxarıldı - İki general "vuruldu"

img

18-12-2015 [18:41]


Milli Təhlükəsizlik Nazirliyi sistemində daha 2 yüksək vəzifəli şəxs tutduğu vəzifədən azad olunub.

Məlumata görə, onlardan biri Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri, general rütbəli Vəli Əsgərovdur. Digər şəxs isə sabiq MTN şefi Eldar Mahmudov işdən qovulandan sonra haqqında dəfələrlə "işdən çıxarılıb” yazıları gedən MTN nazirinin birinci müavini, general-leytenant Hilal Əsədovdur.

Onlar hər ikisi məhz bu gün tutduqları vəzifədən azad ediliblər.

Yuxarıda da qeyd etdiyimiz kimi, Hilal Əsədovun işdən azad edilməsi ilə bağlı mətbuatda getmiş məlumatlar dəfələrlə təkzib olunmuşdu. Amma bu gün əldə etdiyimiz son məlumat artıq adıçəkilən şəxslərin bu orqandan qovulduqlarını təsdiq edir.

Qeyd edək ki, prezdent İlham Əliyevin imzaladığı sonuncu sərəncamla MTN ləğv edilib, onun əsasında Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat Xidmətləri yaradılıb.

Qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA