18-12-2015 [14:17]
Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları növbəti əməliyyat keçirir. Qəsəbədə növbəti əməliyyat dünən axşamdan etibarən başlayıb.
Kəndə girib çıxan hər bir şəxs ciddi yoxlanılır. Səhər saatlarında Cebhe.info-nun əməkdaşı Nardaran qəsəbəsində yolların genişləndirilməsi ilə bağlı reportaj hazırlamaq üçün qəsəbəyə yollanıb. Amma Nardaran qəsəbəsinin girişində əməkdaşımız hüquq- mühafizə orqanlarının əməkdaşları tərəfindən geri qaytarılıb.
Məsələ ilə bağlı Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Cebhe.info-ya deyib ki, qəsəbədə əməliyyat dayandırılmayıb:"Daim əməliyyat gedir. Qəsəbə ərazisinə girişdə 4 hissədə polis postları var. Dəniz kənarından, Zeynəb Xanlarovanın bağından tutmuş bütün hissələrdə postlar qurulub. Daha sonra Maştağa – ruhi-əsəb dispanseri tərəfdən Nardarana giriş hissədə, ara yollarda da nəzarət postları qurulub. Xüsusi təyinatlıların texnikaları və əməkdaşları daim burdadır. Bizə baxırlar. Aç qapını, ört qapını... Nə qədər maşının baqajı açılıb bağlanar? Bir gündə 50 dəfə də keçsən, o qədər də baqajı açıb göstərirəm, keçirəm. Bəzən məni yoxlamırlar, deyirlər "biz səni tanıyırıq, keç”. Amma camaatın hamısını yoxlayırlar. Əməliyyat zamanı aparılan qəsəbə sakinləri müvafiq orqanlara aparılaraq 3-5 saat dindirilir. Onlardan bəziləri saxlanılır, bəziləri isə dindiriləndən sonra geri qaytarılır. Bu gün səhər iki nəfər qəsəbə sakinimiz aparılıb. Hər halda günün sonuna qədər buraxılar. Bidiriblər ki, izahat alınıb buraxılacaq. Həmin şəxslərin ailələrini nəzərə alaraq adlarını deyə bilmərəm. Narahat olmasınlar”. Natiq Kərimov Ombusdana ünvanladığı məktuba cavab verilmədiyini önə çəkərək, hüquq-mühafizə orqanları tərəfindən aparılan qəsəbə sakinlərinin işi ilə onun maraqlanması vacibliyini deyib: "Biz istəyirik ki, bu məsələ ilə Ombudsman məşğul olsun. Bunun üçün onlara məktub da göndərmişik”. Media işçisinin Nardarana buraxılmaması məsələsinə toxunan ağsaqqal onu da əlavə edib ki, jurnalist istədiyi yerə getmək hüququna malikdir: "Əgər müdafiə, hərbi sistem olmasa, jurnalist informasiya almaq məqsədilə istənilən yerə gedə bilər. Qanunla insanların informasiya vermək, jurnalistin isə informasiya almaq hüququ var. Belə məhdudiyyətlərə onların ixtiyarı yoxdur”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi