Deputatın qardaşı qızı direktor təyin edildi

img

18-12-2015 [13:32]


Sabirabaddakı M.Ə.Sabir adına 1 saylı orta məktəbinə yeni direktor təyin edilib.

Mia.az xəbər verir ki, Gün.Az-ın əldə etdiyi məlumata görə, yeni direktor əslən sabirabadlı olan, Sumqayıtdan millət vəkili seçilmiş Mirzəcan Xəlilovun qardaşı qızı Sevinc Xəlilovadır.

O, parlament seçkilərindən bir neçə gün sonra direktor vəzifəsinə təyinat alıb.

S.Xəlilova 1973-cü ildə Sabirabad rayonunda anadan olub, BDU-nun coğrafiya fakültəsini bitirdikdən sonra adıçəkilən məktəbdə müəllim işləyib.

Qeyd edək ki, xeyli müddət idi 1 saylı məktəbdə direktor vəzifəsi boş qalmışdı. Sabiq direktor Diləfruz Mustafayeva kredit qalmaqalı ilə əlaqədar vəzifəsindən uzaqlaşdırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA