18-12-2015 [12:45]
Milli Məclisin bu gün keçirilən iclasında ABŞ-nın Helsinki Komissiyasının Azərbaycanla bağlı hazırladığı qanun layihəsi ilə mazakirələr başlanıb.
Çıxış edən deputat Sahib Alıyev bildirib ki, Azərbaycanla Amerika arasındakı müttəfiqlik münasibətləri var: "Bu təkcə iki ölkə arasında deyil, bütövlükdə regionda proseslərə də töhfəsini verir. Amma təəssüflər olsun ki, bu münasibətlərə kölgə salınan addımlar atılır”.
Spiker Oqtay Əsədov qeyd edib ki, ermənilərin radikal diaspor rəhbərlərindən biri olan Aram Hamparyan tvitter səhifəsində yazıb ki, onun işini dəstəkləmək üçün Kris Smitlə görüşlər keçirib: "Smit vaxtilə Demokratlar Partiyasının, Respublikaçılar partiyasının üzvü olub. İndi isə o erməni diaspora partiyasının üzvüdür. Bunu media şok, şok deyə təqdim edir. Burda şok nə var ki? Təssəvvür edin ki, biz bir komissiya yaratmışıq. Kimsə də belə bir çıxış edib. O adi deputatdır. Bu il 31 dekabrda əfv fərmanı olacaq. Bununla onlar qəsdən istəyirlər ki,əfv fərmanına kimsə düşməsin. Bundan sonra Azərbaycana qarşı istifadə etmək niyyətləri var. Amma biz onların niyyətləri ilə iş görmürük. Amerika səfiri jurnalistlərə açıqlama versin ki, bu bəyanat Amerika dövlətinin mövqeyidirmi, yoxsa hansısa adi bir konqresmenin mövqeyidirmi?”.
***
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, Azərbaycanda hər ilin sonunda əfv fərmanı verilir: "Belə bir qanun layihəsi ilə çıxış etməklə Azərbaycanı təxribata çəkmək istəyirlər. Ayın 16-da Kristofor Smit çıxışında dedi ki, bu gün Avropa Şurasının baş katibi Tomas Yaqland Azərbaycana araşdırıcı komissiya göndərmək barədə qərar qəbul edib və biz onunla əlbir işləməliyik. Bu onu göstərir ki, bu qanun layihəsi də əvvəlcədən planlaşdırılıb. Layihə kontekstdən çıxarılmış Azərbaycana qarşı birgə təxribat əməlidir. Bizə qarşı təpkilər çox olacaq. Bizdən kəskin, düzgün olmayan reaksiyalar verməyimizi istəyirlər. Ancaq onu da bilmək lazımdır ki, bu qrup adamın mövqeyidir”.
***
Deputat Fəzail Ağamalı qeyd edib ki, Azərbaycana qarşı yenidən hücumlara yol verilir: "Azərbaycanın tutmuş olduğu yol demokratik yoldur. Məni təəssüfləndirən odur ki, Amerika ATƏT Minsk qrupunun üzvü kimi Dağlıq Qarabağın separatçıları ilə görüşür. Dövlət Departamenti bu günə kimi bu cür hallara qarşı hüquqi qiymətini verməyib. Bunun da arxasında hesab edirəm ki, erməni təsirində olan dövlət katibi Con Kerrinin dirijor çubuğu dayanır”.
Millət vəkili Fazil Mustafa vurğulayıb ki, əfv siyahısını genişləndirmək lazımdır: "Biz bunu özümüz üçün edək, kimsə üçün etməyək. Onsuz da əfvə düşə biləcək adamların içərisində elələri var ki, buraxılandan sonra hansısa proseslərə təsir etmək gücündə deyillər. Biz onları sadəcə məşhurlaşdırırıq. Onsuz da xaricdən qrant almaqla bağlı məsələlər xeyli çətinləşdirilib. İkincisi isə, Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılması çox müsbət addımdır. Amma son hadisələr onu göstərir ki, bütövlükdə hüquq-mühafizə orqanlarında üzərində parlament nəzarəti gücləndirilməlidir”.
***
Deputat Zahid Oruc deyib ki, biz Amerika ilə bütün hallarda işləməliyik: "ABŞ Konqresində Azərbaycanla dost olan konqresmenlər varmı? Əlbəttə var. Bir dəfə də onlar bizə uyğun akt hazırlayıblarmı? Ona görə biz Amerika ilə işi gücləndirməliyik”.
Spiker isə Z. Orucla razılaşmayıb. Qeyd edib ki, onsuz da Amerika ilə iş aparılır: "Eyni zamanda bilmək lazımdır ki, orada erməni diasporasının tarixi nə vaxtdan başlayır, Azərbaycan diasporasının tarixi nə vaxtdan? 2007- ci ildə Konqresdə məsələ müzakirə olunarkən biz 210 səs əldə etdik. Cəmi 15 səs çatmadı. Bu göstərici deyilmi? Amma siz hər şeyin birdən-birə olmasını istəyirsiniz”.
Deputat Elmira Axundosa isə çox maraqlı əfv siyahsıının hazırlandığını bildirib: "İndi siz bunu görəcəksiniz.Həmkarım Səməd Seyidovun da qeyd etdiyi kimi, onların siyasi məhbus adlandırdığı adamları biz azad etsək, yenə də bizə qarşı çıxışlarından əl çəkməyəcəklər”.
qafqazinfo
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi