17-12-2015 [17:57]
"ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit tərəfindən təqdim olunan "Azərbaycan Demokratiya aktı” layihəsi adlı sənəd ABŞ-ın maraqlarına ciddi zərbə vuracaq".
Bunu millət vəkili Azay Quliyev deyib.
Onun sözlərinə görə, belə iddiaların Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında keçiriləcək görüş qabağı ortaya atılması təsadüfi deyil: "1992-ci ilin oktyabrında Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdiyi zaman ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımının göstərilməsini tənzimləyən "Azadlığa Dəstək Aktı”nı qəbul edib. Bu qanuna edilən 907-ci düzəliş Azərbaycanın rəsmi qurumlarına Amerika hökuməti tərəfindən birbaşa yardımının göstərilməsinə qadağa qoydu. Halbuki regionda sanksiyaya məruz qalacaq yeganə ölkə işğalçı Ermənistan idi. Hesab edirəm prezidentlərin görüşü qabağı təqdim edilən bu sənəd Minsk qrupunun həmsədr dövləti kimi ABŞ-ın nüfuzunə ciddi xələl gətirir. ABŞ birbaşa separatçılara maliyyə yardımı edir. Hətta bizim rəsmi və qeyri-rəsmi şəkildə buna etirazımız olub”.
A.Quliyev hesab edir ki, Kris Smitin təqdim etdiyi layihə Ermənistan hakimiyyətinin və erməni lobbisinin Azərbaycana qarşı keçirdiyi məkirli kampaniyanın tərkib hissəsidir:
"Təəssüflər olsun ki, yenə erməni lobbisi aktivdir. Bu sənədin qəbul edilməsinin Amerika üçün faydası olmayacaq. Bu kimi qərəzli addımlar eləcə də Azərbaycan ictimaiyyətində ABŞ-ın imicinə mənfi təsir göstərə bilər”.
Millət vəkili vurğulayıb ki, sözügedən qanun layihəsində əks olunan iddialar cəfəng məlumatlardır: "Mən orada yer alan məlumatları oxumuşam. Heç bir fakta söykənməyən, hər hansı xüsusi araşdırmaya və faktlara əsaslanmayan sənəd layihəsidir. Azərbaycanda insan hüquqlarının və mətbuat azadlığının, multikulturalizm ənənələrinin pozulmasını iddia etmək sadəcə olaraq məqsədyönlü qərəzdən başqa bir şey deyil”.
Deputat qeyd edib ki, sənəd layihəsinin qəbul olunma şansı çox azdır: "İnanıram ki, ABŞ Dövlət Departamenti, ölkə prezidenti və qərarverici orqanlar belə avanturist qərarlara getməyəcək və bu təşəbbüs olaraq qalacaq. Çünki, bu, ilk növbədə hazırki geosiyasi vəziyyətə əksdir, Azərbaycanın bölgədə yaratdığı müsbət rola uyğun deyil. Eyni zamanda Azərbaycanın apardığı balanslaşdırılmış siyasət ABŞ-ın mənafeyinə uyğundur. Və bunun fonunda ABŞ-ın ağıllı siyasətçiləri və qərar qəbul edənləri razı ola bilməzlər ki, bölgədə Azərbaycan kimi güclü müttəfiq və strateji tərəfdaşı itirsinlər. Bu, ABŞ-ın maraqlarına qarşı yönələn bir təşəbbüsdür”.
A.Quliyev hesab edir ki, təqdim edilən layihənin qarşısını almaq üçün müvafiq addımlar atılmalı, bütün imkanlar səfərbər olunmalıdır: "Hesab edirəm ki, amerikalıların özləri qanunun əleyhinə çıxmalıdırlar. Bütün bunların hamısı mərkəzləşdirilmiş qaydada erməni lobbisi tərəfindən irəli sürülən və belə bir həssas məqamda təqdim olunan təxribat xarakterli təşəbbüsdür. Bunun Azərbaycana və ABŞ-a xeyri olmayacaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi