Putin Saakaşvilini təhqir etdi, xaxollara mesaj verdi

img

17-12-2015 [15:58]


"Saakaşvili  Ukrayna xalqının üzündəki tüpürcəkdir”.

Mia.az bildirir ki, bu barədə Putin bugünkü mətbuat konfransında Gürcüstanla olan münasibətləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, Gürcüstanın ərazi bütövlüyünün pozulmasının gunahı birbaşa Mixail Saakaşvlinin boynundadır: "İndi onu Ukraynaya göndəriblər. Orada da öz iş uslubunu nümayiş etdirir”.

"Bu Ukrayna xalqının üzündə tüpürcəkdir. Ukrayna xalqına deyirlər ki, sizi idarə etmək üçün daha sivil adamlar göndəriləcək. Məgər, 45 milyonluq xalqın içindən 10-20 nəfər savadlı və qabiliyyətli adam tapa bilmədliər?”.

Putin Gürcüstanla  əlaqələri bərpa etməyə hazır olduqlarını bəyan edib.

Putin Gürcüstanın ərazi bütövlüyünün bərpası ilə bağlı maraqlı cavab verib.

"Ərazi bütövlüyü məsələsinə gəlincə, bu, gürcü, abxaz və osetinlərlə müzakirələrdən asılıdır. Onlarla işləyin”.

Putin həmçinin Gürcüstanla viza rejimini ləğv etməyə hazır olduğunu bildirib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA