17-12-2015 [13:54]
Tanınmış ekspert İlqar Altay yol polislərinin özbaşına əməllərindən Dövlət yol polisinin rəisi, general Ramiz Zeynalova şikayət edib.
Mia.az onun şikayətini olduğu kimi təqdim edir:
"DİN orqanlarına ictimai asayişimizin keşiyində bacarıqla dayanan struktur kimi xüsusi hörmətim var, olub və hər bir zaman da bunu mətbuatda inamla qeyd etmişəm. Ancaq, çox təəssüflər olsun ki, bu kiçik, tələsik müraciəti məcburam bir qədər ictimailəşdirəm.
İndicə (16.12.2015 saat 23.40) Baş DYPİ rəisi Ramiz Zeynalova elektron online müraciət ünvanladım. Dəyişiklik etmədən dərc edirəm:
""Bu gün saat 13 rad-də, mənə məxsus, hazırda Avropada səfərdə olduğum üçün oğlum Elvin Məmmədovun idarə etdiyi G500 markalı, 10-EZ-004 dövlət N nişanlı avtomobili heç bir qayda pozuntusu etmədiyi halda DYP patrul maşını saxlayıb. Bildirib ki, maşının 2 "radarı", 2 qadağalı yerdə durması və cəmisi 141 manat 20 qəpik borcu var, maşın cərimə meydançasına getməlidir. Oğlum deyib ki, bu borc uzun müddətdən qalmayıb, adətən bundan da xeyli çox borclar yığılır, xəbərdarlıq edilir, dərhal ödəyirik, icazə verin yenə gedib ödəyək. DYP zabiti bildirib ki, bu 400 saylı polkovnik alay komandiri rəisin xüsusi "zaderjaniye" tapşırığıdır. Maşını oğlumun itaəti və sürmə-idarəsi ilə aparıblar cərimə meydançasına. Bundan sonra oğlumu, 18 yaşlı uşağı Bakı Şəhər DYP İdarəsi qabağında süründürməçiliyə salıb 5 saat sərt soyuqda gözlədiblər. Axşam saat 8-ə yaxın pulu ödətdirib, nehayet maşına buraxılış sənədi veriblər. Texniki pasport və sürücülük vəsiqəsini isə, bildiriblər ki, hansısa zabitin otağında qalıb, o da çıxıb evinə gedib, sabah gəl götür. Uşaq xahiş edib ki sabah səhər xarici ölkəyə uçuruq, verin sənədlərimi gedim. Deyiblər imkan yoxdu, get maşını götür, sənədləri isə, xaricdən gələndə götürərsən. Oğlum buraxılış sənədini gətirib cərimə meydançasına maşını götürmək üçün verəndə orada deyiblər ki buna möhür vurulmayıb. Uşaq 1 saat da əlavə soyuqda gözləyib, onlar kimlərləsə telefonlarla danışıblar və sonda qərara gəliblər ki, götür apar maşını. İndi, uşaq sətəlcəm olub yatır. Bu "əməliyyata" nə ehtiyac var imiş?
Xahiş edirəm bu faktın aydınlaşmasına göstəriş verəsiniz".
Qeyd: Uşaq maşallah sağlam, fiziki mohkəmdir. Bu sətəlcəm də ağır fəsad yaratmaz inşallah. Məni isə düşündürən, deyilənə görə şəhərdəki bütün 400 saylı DYP patrul maşınlarının adını bilmədiyim polkovnik alay komandiridir. Bu böyūklūkdə komandir polkovnik 18 yaşlı qayda pozmayan, həmişə polisə hörmət və mərifət göstərən uşağın və 141 manat 20 qəpiyin üzərində "xüsusi əməliyyat" qurursa, bəs şəhərdə əsl xüsusi əməliyyat qurulma ehtiyaclı ciddi ictimai təhlukəli pozuntu əməllərinin axırı nə olur?".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi