Azərbaycanda doğulan qız uşaqlarına böyük mükafat - AÇIQLAMA

img

16-12-2015 [16:44]


"Azərbaycanda qız valideynlərinin mükafatlandırılması üçün yeni sistem tətbiq ediləcək".

Mia.az 1news.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov bəyan edib.

Onun sözlərinə görə, ailədə ikinci qız dünyaya gəldikdə onun adına bankda 10 min manatlıq hesab açılacaq: "Mükafatlandırma sistemi artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış və 2015-2020-ci illər üçün nəzərdə tutulmuş Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramına daxil edilib. Dövlət Proqramının layihəsi yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək, müvafiq olaraq yaxın aylarda qüvvəyə minəcək"..

V.Bayramov buna əminlik ifadə edib, amma dəqiq tarixi açıqlamayıb.

Onun fikrincə, iqtisadi böhran mükafatlandırma sisteminin təsdiqlənməsində təzahür etməyəcək: "Bu, Azərbaycan büdcəsi üçün elə də böyük məbləğ deyil".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA