Kəmaləddin Heydərov generalları həbslə hədələdi - Çıxış

img

16-12-2015 [16:19]


Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illik yubileyinə həsr olunmuş genişləndirilmiş kollegiya iclasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov nazirliyin hərbi hissə komandirləri qarşısında tələb qoyub.

İclasda K.Heydərov bildirib ki, heç bir komandir əsgərlər arasında ayrı-seçkilik yaratmamalıdır: "Bu, istər gənc əsgər olsun, istərsə də xidmət müddətinin bitməsinə az qalmış əsgər olsun. Heç bir halda ayrı-seçkilik olmamalıdır”.

Bir müddət öncə FHN-in Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində əsgər ölümünə toxunan K.Heydərov bu hadisədən çox kədərləndiklərini diqqətə çatdırıb: "İnanılmaz hadisə baş verdi. Orada nəzarəti güclü şəkildə həyata keçirməyən adamlar həbs edildilər”(Trend).

Nazir qeyd edib ki, tədbirlər bundan sonra da davam edəcək: "Hərbi hissələrdə hər hansı kiçik nöqsan baş verərsə, həmin tabora, manqaya, hissəyə rəhbərlik edən zabit, hətta general olsa da, cəzalanacaq”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA