16-12-2015 [15:08]
Moskva Dövlət Universitetinin Bakı flialının rektoru, professor, Azərbaycanın Birinci xanımının bacısı Nərgiz Paşayeva haqqin.az və virtualaz.org saytlarının təsisçisi Eynulla Fətullayevlə söhbətində keçmiş təhsil naziri Misir Mərdanovla münasibətləri haqda da danışıb.
Nərgiz Paşayeva ilə müsahibənin ikinci hissəsi artıq haqqin.az saytında dərc olunub və hazırda virtualaz.org saytı üçün Azərbaycan dilində də hazırlanır.
Müsahibənin tam mətni daha sonra saytda dərc ediləcək. Hələlik isə Nərgiz xanımın kifayət qədər ağrılı problem olan təhsil problemlərinin səbəbləri barədə fikirlərinin xüsusi əhəmiyyətini nəzərə alaraq müsahibədən keçmiş təhsil naziri ilə münasibətlərdən bəhs edən hissəsinin xülasəsini oxuculara çatdırmağı qərara aldıq.
E.Fətullayev soruşub: "Cəmiyyətdə belə şaiyələr dolaşıdı ki, Misir Mərdanova məhz Siz himayəçilik edirsiniz və onun vəzifədən uzaqlaşdırılmasına sona qədər müqavimət göstərmisiniz. Bu doğrudur? Əgər doğru deyilsə Siz Mərdanovun təhsildə qoyduğu iris necə qiymətləndirirsiniz?”
N.Paşayeva deyib ki, cəmiyyətdə onun Misir Mərdanova himayəçilik etdiyi haqda şaiyələrin dolaşmasından çox təəcüblənir və belə fikirlərin ola biləcəyini heç vaxt ağlına gətirməyib.
Nərgiz xanım bildirib ki, əslində onun Misir Mərdanovla münasibətləri Moskva Dövlət Açıq Universiteti adlı "universitetin” (Diplomları tanınmayan bu qondarma "universitetin” fəaliyyəti artıq dayandırılıb) fəaliyyətinə görə xeyli korlanmışdı.
Sitat:"Misir müəllim bu universitetdə hökm sürən özbaşınalıqlarla bağlı mənim dəfələrlə etdiyim müraciətlərə yumşaq desək, qeyri-adekvat cavablar verirdi. Nəticədə bizim münasibətlərimiz xeyli korlandı. Məsələ ondadır ki, həmin vaxt fəaliyyət göstərən Moskva Dövlət (açıq) Universitetinin fililının adı səslənişinə və yazılışına görə bizim Moskva Dövlət Universitetinin filialı ilə oxşar idi. Nəticədə hərdən vaideyinlər və tələbələr bizi qarışıq salırdılar. Elə hallar olurdu ki, qəzəbli valideyinlər bizim universitetə gəlib qışqırırdılar: "Uşaqlarımızdan pul almısız, hələ də diplom vermirsiniz”.
Biz onları sakitləşdirirdik, deyirdik ki, başqa ünvana gəliblər, onları aldadan başqa universitetdir. Bunu biləndə valideyinlər üzr istəyirdilər və deyirdilər ki, adlar oxşardır deyə səhv salıblar. Belə hallar tez-tez təkrar olunurdu. Onda mən Misir müəllimdən xahiş etdim ki, təhsil naziri kimi mətbuatda çıxış edib insanlara izah etsn. Desin ki, bunlar müxtəlif universitetlərdir, çünki insanlar qarışıq salırdılar və bizim imicimizə zərbə dəyirdi. O, mənimlə razılaşdı, dedi ki, Moskva Dövlət (açıq) Universitetinin filailında hansı "bazar” hökm sürdüyünü bilir və hökmən belə izahatla çıxış edəcək. Ancaq təəsüf ki, Misir müəllim vədini yerinə yetirmədi, vəziyyət daha da pisləşdi”.
Nərgiz Paşayeva deyir ki, nəticədə onun özü müsahibə verməli oldu və insanlara, valideyinlərə tələbələrə müraciət etdi ki, M.V.Lomonosov adına, akademik Viktor Antonoviç Sadovniçinin rektoru olduğu Moskva Dövlət Universitetini Eduard Ovanesoviç Tsaturyanın rektorluq etdiyi Moskva açıq universiteti ilə qarışıq salmasınlar.
"Bundan sonra bizi qarışıq salmadılar və paralel olaraq Təhsil Nazirliyi də bizdən incidi. Biz nazirliyin müvafiq dəstəyi və köməyi olmadan işləməli olduq. Ancaq bunlar keçmiş günlərin əhvalatlarıdır”- N.Paşayeva bildirib.
Professor Paşayeva deyib ki, bu gün təhsildə olan problemlər azalmayıb. Onun sözlərinə görə, pis təhsili yaxşı təhsilə çevirmək asan deyil, çünki pis təhsil savadsızlıqdan da betərdir.
"Əgər biz Misir Mərdanovu tənqid etmək istəyiriksə və fikirləşiriksə ki ancaq o günahkardır, yenə səhv etmiş olarıq. Biz hamımız günahkarıq, kimimiz az, kimimiz çox”-Nərgiz Paşayeva bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi