Elton Quliyev torpağa tapşırıldı - Fotolar

img

16-12-2015 [14:48]


Xəbər verdiyimiz kimi, bu gün ölkəmizin tanınmış hüquqşünası, vəkil Elton Quliyev 60 yaşında uzun sürən ağır xəstəliokdən vəfat edib.

Mərhumla vidalaşma mərasimi Təzəpir məscidində keçirilib. Elton Quliyevin çoxsaylı dostları, ölkənin tanınmış ictimai-siyasi xadimləri onun hüzr mərasimində iştirak ediblər, daha sonra mərhumu son mənzilə yola salıblar.

Musavat.com reportyorunun verdiyi məlumata görə, dəfn qafiləsi E.Quliyevin torpağa tapşırılacağı Yasamal məzarlığına yola düşüb. Mərhum vəkil burada, ailə məzarlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin.

Musavat.com












Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA