16-12-2015 [11:54]
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində Prezidentin çoxsaylı məhbusları əfv edəcəyinə dair məlumatlar gündəmin əsas mövzusuna çevrilməkdədir. Prezident yanında Əfv Komissiyası və İnsan Hüquqları üzrə İşçi Qrupun üzvlərinin verdiyi açıqlamalardan aydın olur ki, bu dəfə siyahı əvvəlkilərdən daha geniş olacaq. Bu isə minlərlə məhbusda azadlığa çıxmaq ümidlərini artırır.
Bu gün belə məhbuslardan olan keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) üzvləri Səfa Poladov və Arif Kazımovun həbsinin 19 ili tamam olur. Yeniyetmə yaşlarından könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən bu insanlar atəşkəs sazişinin bağlanmasına qədər bilavasitə cəbhə bölgəsində qulluq keçib, Ermənistan ərazisində keçirilən17 məxfi əməliyyatın hamısında bilavasitə iştirak ediblər.
1996-cı ildə onlar OMON hadisələrinə görə h’bs ediliblər. Məhkəmə sıravi üzv olan S.Poladov və A.Kazımov barəsində hadisələrin rəhbəri qədər ağır cəza - ölüm hökmü çıxarıb. 1998-ci ildə Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması ərəfəsində hökmləri ömürlük həbslə əvəz olunub .Ötən müddət ərzində Səfa və Arifin əfv üçün etdikləri çoxsaylı müraciətlər nəticəsiz qalmaqdadır.
Bu gün onlar ölkə başçısına bir daha müraciət ediblər.
Müraciətdə deyilir:
"Möhtərəm Prezidentimiz!
Hər bir insanın həyatında səhvləri olur – kimi az, kimi çox bu səhvlərin əvəzini ödəyir. Biz də gənc yaşlarımızdan hərbi rejimə alışan insanlar olaraq, rəhbərliyin tapşırıqlarına qarşı getməyərək özümüz də istəmədən məlum "OMON” hadisələrinin iştirakçısına çevrilmişik. Buna görə 1996-cı ildə həbs olunmuşuq, sıravi üzv olsaq da, barəmizdə hadisələrə rəhbərlik edənlərlə bərabər ölüm hökmü çıxarılıb. 1998-ci ildə Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul olunması ərəfəsində möhtərəm Prezident Heydər Əliyevin təşəbbüsü əsasında barəmizdəki ölüm hokum ömürlük həbs cəzası ilə əvəz olunub. Artıq 19 ildir ki, biz Qobustan Qapalı Həbsxanasında cəza çəkirik.
Ötən müddət ərzində bizdən daha ağır ittihamlarla həbs edilən "OMON”un komandiri, Azərbaycan dövlətinə böyük xəyanətlər etmiş Ələkrəm Hümbətov, Rəhim Qazıyev, Surət Hüseynov və digərləri Sizin humanistliyiniz sayəsində əfv edilərək azadlığa çıxıb. Lakin bu illərdə dəfələrlə əfv üçün etdiyimiz müraciətlər geri qaytarılıb, rəhbəri azad edilən bir prosesin sıravi üzvləri olan bizlər hələ də cəza çəkirik.
Cənab Ali Baş komandan!
19 illik həbsxana dövrü həyatımızda çox ağır itkilər vermişik, ata-anamızı itirmişik, səhhətimizə ciddi zərər dəyib. Bütün bunlara baxmayaraq, yenə də Sizin əmrinizə müntəzir olaraq, dogma torpaqlarımızı mənfur işğaldan azad etmək uğrunda döyüşlərdə iştirak etməyə, qalan ömrümüzü Vətən üçün qurban verməyə hazırıq.
Azərbaycan Prezidenti olaraq 12 ildə daim nümayiş etdirdiyiniz humanistliyinizə sığınaraq, bizi əfv etməyinizi Sizdən xahiş edirik. Çox gənc, hətta yeniyetmə yaşlarımızda buraxdığımız səhvin bütün ömrümüzü həbsdə keçirməyimizlə nəticələnməsinə imkan verməyin!”
Ümid edirik ki, OMON hadisələrinə görə həbs edilənlərin böyük əksəriyyətinin azadlığa buraxıldığı bir şəraitdə ölkə rəhbərliyi bu iki Qarabağ döyüşçüsünün də azadlıq arzusunu gerçəkləşdirəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi