Məşhur ekspertdən xəbərdarlıq: "Qarabağ münaqişəsi həll edilməsə..."

img

15-12-2015 [22:05]


Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin ciddi fəsadları ola bilər.

Bunu Trend-ə avstraliyalı yazıçı və məşhur beynəlxalq siyasi ekspert Castin Amler deyib.

Onun sözlərinə görə, Ermənistan beynəlxalq hüquq baxımından Dağlıq Qarabağın və ətraf rayonların işğal edilmiş ərazi hesab edildiyini başa düşməyənədək bu məsələdə irəliləyiş olmayacaq: "Təəssüf ki, Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşündən heç bir nəticə gözləməyə dəyməz. Hər iki tərəf öz mövqeyində çox möhkəm dayanıb, tərəflər arasında gərginlik çox yüksəkdir. Ermənistan son bir neçə gün ərzində atəşkəs rejimini 100 dəfədən çox pozub".

C.Amler qeyd edib ki, beynəlxalq hüquqa uyğun olaraq, Dağlıq Qarabağ və ətraf 7 rayon Azərbaycan ərazisidir: "Təkcə bu fakt Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi üçün kifayət edir. ATƏT-in Minsk Qrupu isə bu məsələdə vasitəçilk etməlidir. Prosesi irəli aparmağın ən yaxşı yolu danışıqlardır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA