15-12-2015 [21:53]
Milli Təhlükəsizlik Nazirliyində davam edən iki aylıq "inqilab” nəhayət başa çatır. Ölkə başçısının 14 dekabrdakı fərmanı ilə MTN-in ləğv olunması və yerində iki strukturun yaradılması bəzi sualların cavabı oldu.
Lakin cəmiyyəti maraqlandıran bir sıra məsələlər hələ də üstüörtülü qalıb. Belə ki, "MTN işi” ilə bağlı vəzifələrindən uzaqlaşdırılan qurumun yüksək rütbəli məmurlarının üzə çıxarılan bizneslərinin, külli miqdarda maliyyə ocaqlarının, eləcə də, milyonlarla maliyyə xərcləri ilə ərsəyə çatan şəxsi mülklərinin taleyinin necə olacağı hamıda maraq doğurur. Çünki hələ də sadaladığımız amillərdən doğan suallara cavab tapılmayıb.
İqtidaryönlü deputat Zahid Oruc "Yeni Müsavat” a açıqlamasında bu sualların bəzilərinə cavab verib: "Demokratiyanın şərtlərindən biri idarə edənlərin iqtisadiyyatda yer almamalıdır. Əgər iri rütbəli məmur biznes şəbəkəsində yer alacaqsa, bir sıra problemlərin meydana çıxması qaçılmazdır. O da maraqların toqquşması, özlərinə yaxın şirkətlərin daim öndə tutulması, digərlərinə qarşı inzibati mexanizmlərlə təsir və başqa amillər olacaqdır. Əgər hökumət təmsilçisi biznes fəaliyyətinə başlayırsa, bu halda xariclə əlaqədədirsə - hərçənd ki, bizneslə məşğul olan şəxs bu əlaqədə olur - müəyyən hədəflərə tuş gələcək. Yəni ələ keçirmə, casusluq, terror fəaliyyəti və.s. Eldar Mahmudov, əslində, bir indikatordur. Yerdə qalan hər kəs üçün siqnal verilməli bir hadisədir. Dövlətimiz üçün də bir mesajdır ki, əgər bu şəxslərin fəaliyyəti mediada qabardılırsa, bunların hakimiyyət mövqeyindən sui-istifadə etmələri bəlli olursa, özləri üçün külli miqdarda vəsait əldə edirlərsə, ölkə daxilində və xaricində müəyyən imkanlar qazanırlarsa, Azərbaycanın maraqlarına ziyan vuracaq səviyyəyə gəlib çatırlar”.
Z.Oruc MTN-in yüksək rütbəli məmurlarının əldə etdikləri külli miqdarda vəsaitlərin necə geri qaytarılması ilə bağlı suallarla üz-üzə qaldıqlarını söyləyib:
"Bu necə baş verəcəkdir? Bunlar offşor zonalara vəsaitlər yönəldiblər. Həmin vəsaitlər iqtisadiyyatımıza ölçülməyəcək dərəcədə ziyan vurub. Cənab prezident müşavirələrinin birində söyləmişdir ki, bir neçə şəxs hansısa hərəkətə yol verirsə, sadəcə özünü təmsil edir və ziyanı, ictimai qınağı özünə yönəldir. Dövlət çevrəsində bu hadisələr baş verirsə, cəmiyyət arasında müəyyən fikirlər oyadır. Bu şəxslər yaxşı biznesmenlərdisə, bu, lap yaxşıdır. Amma ölkədə bərabərlik hamının varlılıq imkanına görə olmalıdır. Amma heç kəs bolşevikcəsinə villalara, bahalı maşınlara sahib olmamalıdır. Bu istismarçı siniflərdə olan əhval-ruhiyyədən başqa bir şey deyil. Bu imkanlar kiminsə hakimiyyət mövqeyi, ona yaradılmış süni şərait və başqalarının sındırılması hesabına qazanılmamalıdır. Bu, çox önəmli məsələdir. Belə şəxslər vəzifələri ilə vidalaşmalı, biznes işlərini davam etdirməlidirlər. Heç kəs bunların işinə qarışmır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi