Şəhidimiz torpağa tapşırılıb - Rəsmilər dəfndə iştirak ediblər

img

15-12-2015 [15:39]


Dekabrın 14-də şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü əsgər Nihad İltifat oğlu Rəhimli doğulduğu Hacıqabul rayonunda dəfn edilib.

Mia.az Region TV-yə istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Şöbəsi tərəfindən hərbi xidmətə çağırılan Nihad Rəhimli snayper gülləsinə tuş gəlib.

Dəfn mərasimində Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, şəhidin xidmət etdiyi hərbi hissənin komandir və əsgər heyəti, Şirvan şəhər və Hacıqabul rayon icra hakimiyyəti başçıları, şəhidin yaxınları, vətəndaşlar iştirak edib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA