"Heç kimin səhhətində pisləşmə yoxdur” - Neftçilərin səhhətiylə bağlı açıqlama

img

15-12-2015 [11:30]


SOCAR-ın "Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan və Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərin vəziyyəti stabildir.


MNX-nın mətbuat katibi Aytən Fətəliyeva APA-ya açıqlamasında bildirib ki, hazırda xəstəxanada olan 20 neftçinin müalicəsi davam edir: "Bu gün neftçilərdən kiminsə ambulator müalicəyə göndərilməsi gözlənilmir. Neftçilərin vəziyyəti normaldır və psixoloq müayinəsindən keçirlər. Heç kimin səhhətində pisləşmə yoxdur”.

Qeyd edək ki, dekabrın 4-də baş verəm qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA