15-12-2015 [11:15]
Bu yaxınlarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv ediləcəyi ilə bağlı mətbuatda məlumatlar yayılmışdı. İddialar rəsmi şəkildə özünü doğrultmasa da, hesab edilirdi ki, dövlət komitəsinin ləğvinə hazırlıq gedir və yaxın zamanlarda qurum tarixə qovuşacaq. Bundan öncə də bəzi nazirlik və dövlət komitələrinin ləğv edilməsi məsələsi gündəmdə olub.
Ekspertlər və millət vəkilləri hesab edirlər ki, nazirliklərin sayı azaldılmalı, bəzi dövlət qurumları isə birləşdirilməlidir. Mia.az xəbər verir ki, millət vəkili Zahid Oruc azvision-a açıqlamasında bildirib ki, müxtəlif qurumların fəaliyyətinin dayandırılması və başqası ilə birləşdirilməsini dünyada gedən iqtisadi problemlərlə bağlamaq düzgün yanaşma deyil.
Onun sözlərinə görə, neftin qiyməti 110 dollar olsaydı belə, Azərbaycanda hökumət strukturlarının islahatını optimal tərkibə gəlib çatana qədər davam etdirmək lazımdır: "Bir sıra strukturların komitə, agentlik və yaxud nazirlik səviyyəsində olmasına heç bir ehtiyac yoxdur. Dünyada ölkələrinin bir çoxunda bu təcrübəyə bizdən əvvəlki illərdə keçilib. Onlar əhalinin hər min nəfərinə düşən məmur sayının kvotasını müəyyən ediblər. Artıq müəyyən edilib ki, hansı sayda və funksiyalara malik olan məmurlar xidmət etməlidir. Bizdə isə çoxlu şişmiş aparatlar, bir-birinin funksiyalarını əldə etmək üçün mübarizə aparan qurumlar mövcuddur”.
Z.Oruc bildirib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə münasibətdə fikirlər qətiləşməkdədir ki, əgər burada söhbət istehsalatın hansısa bir mühim standartlara uyğunluğunu təmin etməkdən gedirsə, bunun qanunvericilik bazası formalaşıb, bunu da həyata keçirmək üçün məhdud saylı kadr personalı ilə gerçəkləşdirmək olar.
"Qeyd olunan işi yerinə yetirmək üçün ayrıca bir komitənin mövcudluğu tələb olunmurmu? Bu məsələyə də baxıla bilər. O cümlədən kreditləşmə ilə bağlı çoxlu sayda agentliklər, dövlət qurumları və s. mövcuddur. Halbuki onların hamısının "ASAN Xidmət” qaydasında şərtləri müəyyən edilərək vahid qurum yaradıla bilər”.
Millət vəkili qeyd edib ki, dövlət büdcəsində icra orqanlarının, başqa strukturların maliyyələşməsi böyük yer tutur: "Bu artıq mühüm bir çəkiyə malikdir. Onların müxtəlif səlahiyyətləri əldə etmək üçün vuruşmaları bürokratik bəlalar yaradır. Digər tərəfdən də məsuliyyətə sahib olmaq istəmirlər. Demək olar ki, bütün nazirliklərin tərkibində tikinti xidmətləri mövcuddur. Belə olan halda bu qurumlar əsas işlərini buraxırlar”.
Deputat hesab edir ki, bir-birlərinin fəaliyyətini təkrarlayan nazirliklər ya ləğv edilməli, ya da birləşdilməlidir.
Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, Azərbaycanda bir neçə nazirliyin ləğvi gözlənilir. Deputat bildirib ki, Azərbaycanda cəmi 13-15 nazirlik saxlanılmalıdır.
Millət vəkilinin sözlərinə görə, digər nazirliklərin səlahiyyətləri ya birləşdirilməli, ya da ləğv olunmalıdır: "Bazar iqtisadiyyatı sistemində islahatlar, təkmilləşdirilmə gedir və bu daim davam etməlidir. Mütəmadi olaraq ölkə başçısı tərəfindən müəyyən struktur islahatları aparılır, müəyyən qurumlar ləğv edilir, digərləri birləşdirilir. Həmçinin bəzi qurumların səlahiyyətləri digərlərinə verilir. Bu proses davam edir”.
Milli Məclisin üzvü qeyd edib ki, neftin dünya bazarında qiymətinin kəskin aşağı düşməsi, cənab prezident tərəfindən qeyri-neft sektorunun inkişafına diqqətin artırılması, kiçik və orta sahibkarlığın inkişafı bir sıra islahatlara təkan verir: "Elə nazirliklər var ki, bir-birinin işlərini təkrarlayır. Bəzi nazirliklər, komitələr kiçik və orta sahibkarlığa problemlər yaradırlar. Bu baxımdan struktur dəyişikliyi labüddür və bunu etmək lazımdır”.
Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 19 nazirlik, 10 dövlət komitəsi fəaliyyət göstərir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi