Sumqayıt bələdiyyyəsinin sədri vəzifədən getdi - Səbəb aydın deyil

img

15-12-2015 [11:08]


Sumqayıt şəhər bələdiyyyəsinin sədri Əbülfəz Babayev öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Bu barədə "Belediyye.info”ya Sumqayıt bələdiyyəsindən məlumat veriblər.

Məlumatda deyilib ki, bələdiyyənin növbədənkənar iclasında sədrin istefa ərizəsi müzakirə edilib və səs çoxluğu ilə qəbul edilib.

Sədr müavini Sultan Əsədov faktı təsdiq edərək bildirib ki, yaxın bir həftə ərzində bələdiyyənin iclasında yeni sədrin adı məlum olacaq. 

Qeyd edək ki, Əbülfəz Babayev on il müddətinə Sumqayıt bələdiyyəsinin sədri vəzifəsində çalışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA