14-12-2015 [22:08]
"Günəşli" yatağının 10-cu özülündə baş vermiş yanğınla bağlı ilk uğur əldə olunub.
Dövlət Neft Şirkətindən verilən məlumata görə, özülün quyularından birində yanğın söndürülüb.
Həmçinin, şirkətin mütəxəssisləri, prosesə cəlb olunmuş amerikalı mühəndislərlə birlikdə iki günlük çalışmadan sonra xüsusi kollektoru çiləmə sisteminə yerləşdirməyə nail olublar. Bu üsulun əhəmiyyəti ondan ibarətdir ki, su təzyiqlə birbaşa dənizin təkində qaz quyusuna, qazın çıxdığı yerə birbaşa vurulacaq. Bununla da borunu soyutmaq mümkün olacaq ki, mütəxəssislər onun üzərində işləyə və güclü təzyiqlə çıxan qazın qarşısını almaq üçün borunun ağzını bağlaya bilsinlər.
Bundan sonra yanğınla mübarizə daha sabit və daha təhlükəsiz, başlıcası isə daha səliqəli şəkil alacaq. Suyun quyuya vurulmasına ötən gün başlanmalı olsa da, tez-tez dəyişən hava şəraiti müəyyən çətinliklər yaratdığından proses bu günə qədər təxirə salınıb.
"Günəşli" yatağının 10-cu özülündə baş vermiş yanğın nəticəsində itkin düşənlərin axtarışı bu gün də davam edib. Axtarışlara bu gün səhər tezdən başlanılıb. Hazırda əməliyyatlara həm Fövqəladə Hallar Nazirliyinin, həm də Sərhəd Qoşunlarının vertolyotları, gəmilərlə davam etdirilir, dalğıclar gəliblər. Axtarış əməliyyatına FHN-in 1 təyyarəsi və 3 helikopteri cəlb olunub".
Bunu ANS-ə açıqlamasında "Azneft" İstehsalat Birliyinin baş direktorunun müavini İkram Qurbanov deyib. Onun sözlərinə görə, digər ölkələrlə də əlaqələr var, onlar da axtarış aparırlar. Lakin hələlik axtarışlarda heç bir yenilik yoxdur.
İkram Qurbanov həmçinin qeyd edib ki, hava nisbətən mülayimləşsə də axtarışlar üçün tam əlverişli deyil.
Dekabrın 4-də axşam saatlarında "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. SOCAR-dan verilən məlumata görə, yanğına səbəb güclü tufanın saat 17:40 radələrində yataqdakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarması olub.
Rəsmi məlumata görə, hadisə zamanı platformada 63 nəfər olub. Onlardan 7-nin meyiti tapılıb, 33 nəfər təxliyyə olunub, 23 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.
Hazırda axtarışları davam etdirilən şəxslər aşağıdakılardır:
1. Qasımov İman Şura o. 01.12.1967
2. Qasımov Mübariz Dilqəm o. 21.01.1958
3. Rzaxanov Edik Rivazin o. 15.01.1983
4. Babazadə Tural Fətəli o. 01.09.1993
5. Quliyev Əzizağa Nöhbala o. 16.09.1953
6. Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
7. Qasımov Bayram Mirzəağa o. 20.03.1978
8. Abdullayev Adil Ələkbər o. 19,02,1953
9. Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
10. Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
11. Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
12. Niyazov Seyfəddin Abil o. 09.02.1968
13. İskəndərov İnqilab Osman o. 29.11.1957
14. Mayborda Oleq Akimoviç 21.11.1971
15. Əhmədov Canbaxış Əhməd o. 21.02.1962
16. İbrahimov Xalid Bəşir o. 12.08.1971
17. Həsənov Zaur Vahid o. 24.12.1975
18. Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
19. Hüseynov Bəhlul Sirac o. 25.11.1969
20. Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
21. Xəlilov Zaur Arif o. 15.09.1975
22. Şahmarov Sahib Güloğlan o. 02.08.1973
23. Əliyev Əyyub Xəlil o. 22.07.1973
Həmçinin dekabrın 4-də "Neft daşları” Neft-Qaz Çıxarma İdarəsinin 501 saylı özülündə baş vermiş qəza nəticəsində estakada döşəməsi üstündəki yaşayış köşklə birlikdə uçaraq dənizə düşüb.
Hadisə nəticəsində buxar aqreqatının maşinisti, 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov itkin düşüblər. Onların axtarışları hələ heç bir nəticə verməyib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi