14-12-2015 [14:27]
Beynəlxalq Bankın keçmiş sədri, hazırda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Cahangir Hacıyev həbsi ilə barışmaq niyyətində deyil.
O, bir tərəfdən Prezident İlham Əliyevə qohumarı, vəkili vasitəsiylə azad olunması xahişini etdirir, digər tərəfdən isə həbsinin Beynəlxalq Bankda mənimsənilən vəsaitlərin geri qaytarılmasında əsas fiqur qiyafəsində göstərməyə çalışır. Digər ən maarqlı nüans isə onun həbsinə rəvac verənlərin əslində özlərinin günahkar olmasına diqqəti çəkilməsi sayıla bilər.
Bunu Cahangir Hacıyevin həbsindən sonra baş verən proses və açıqlamalar da təsdiq edir.
Mia.az "Reytinq" qəzetinin son sayında dərc olunan araşdırmaya istinadən xəbər verir ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyevanın Azərbaycan Prezidenti İlham Əliyevə müraciətində həm qardaşının azad olunmasına çağırış, həm də çox diplomatik şəkildə qardaşının suçsuz olduğuna əminlik ortaya atılıb. Bacısı vurğulayıb ki, qardaşının həbsi mübahisəli məsələlərin müsbət həllinə maneçilik yaratmaqdadır: "Sizi əmin etmək istəyirəm ki, Sizə verilən məlumatlar reallğı əks etdirmir. Kimlərinsə şəxsi ambisiyalarına məhz Cahangir Hacıyev amili maneə olduğu üçün onun barəsində Sizə yanlış məlumat verirlər, eyni zamanda mətuata dezinformasiya ötürürlər. Bu ambisiyaların arxasında duran şəxsin kim olduğu bizə məlumdur və mətbuata gedən reallıqdan uzaq informasiyalar da məhz fürsətçi şəxslərin göstərişi ilə yayılır".
Göründüyü kimi, həbsdə olan bankir qardaşının azad olunmasını xahiş edən bacısı da hələlik ad açıqlamadan qardaşının həbsində maraqlı qrupun olduğunu deyir.
Maraqlıdır, Cahangir Hacıyev kimlərin şəxsi ambisiyalarına maneə olub? Və yaxud Prezidentə yanlış məlumatı kim verib?
Maraqlıdır ki, bacısının müraciətindən bir neçə gün əvvəl Cahangir Hacıyevin vəkili Aqil Layıcov da "Azadlıq" radiosuna müsahibəsində açıq şəkildə əsas suçlunun kənarda saxlanıldığını bəyan edib. O, Cahangir Hacıyevə verilən ittihamları qəbul etmədiklərini deyərək, əsas məsələyə diqqəti çəkib və bu zaman dolaysı ilə müvəkkilinin həbsində maraqlı olan hədəfi göstərib:
"Əksər kreditlər Müşahidə Şurasının tapşırığı ilə verilib. Müşahidə Şurasında təmsil olunan məhz Maliyyə Nazirliyidir. Kredit veriləndə Maliyyə Nazirliyi hara baxırdı və indiyədək niyə adekvat addım atmırdı? Cahangir Hacıyev, sadəcə, icra orqanına baxıb, ali orqan Müşahidə Şurası olub. Bu qurumda isə əsas söz sahibi Maliyyə Nazirliyidir".
Vəkilin sözlərində rəsmi həqiqət yükünün çox olduğu aydın görünür. Ən azı ona görə ki, ölkənin maliyyə-kredit siyasətini tənzimləyən, həm də Azərbaycan dövlətinin Beynəlxalq Bankdakı 50-dən çox payının məsul şəxsi Samir Şərifovun rəhbərlik etdiyi Maliyyə Nazirliyidir. Bundan əlavə, səhmlərinin əsas hissəsi Maliyyə Nazirliyində olan Beynəlxalq Bankın Müşahidə Şurasının sədri də maliyyə nazirinin müavini Azər Bayramovdur. Və diqqətçəkən digər maraqlı fakt isə odur ki, Azər Bayramov Samir Şərifovun ABB-də təmsil olunan yeganə adamı da deyil. Müşahidə Şurasının üzvləri arasında Maliyyə Nazirliyinin hüquq şöbəsinin direktoru Xaliq Rəhmanov, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin direktoru müavini Müşfiq İsrafilovun da adı var.
O zaman vəkilin iddia etdiyi kimi, ortaya belə sual ortaya çıxır: Axı, necə olur ki, bu məmurlar Cahangir Hacıyevin böyük məbləğli kredit tranşlarına göz yumublar? Niyə bankı nəzarətsiz buraxıblar? Burada onların maraqları nədən ibarət olub?
Bu iki faktordan bir daha görünür ki, əslində, Samir Şərifov və ya ABB-nin ali orqanı olan Müşahidə Şurasındakı adamları ən azı Cahangir Hacıyev qədər suçludurlar. Çünki bank sektoruna bələd olan adamlar əla bilirllər ki, kredit tranşları ilə bağlı əsas qərarları Müşahidə Şurası verir.
Elə isə Cahangir Hacıiyev və onun yaxın ətrafının "Prezidentə yalan məlumat verirlər. Onun həbsində maraqlı adam var" demələri də, Samir Şərifova işarə deyilmi?
Bununla bağlı açıqlama verən mənbə deyir ki, bu, mümkündür: "Ola bilər ki, bankın idarə olunmasında əsas pay sahibi olan Maliyyə Nazirliyinin rəhbər şəxsləri özlərini qorumaq üçün bütün gücləri ilə Cahangir Hacıyevi hədəfə çıxarıblar. Mümkündür ki, buna kifayət qədər əsas olub, ancaq məncə, bu, yetərli ola bilməzdi. Yəni bütün hallarda Samir Şərifov və onun şuraya rəhbərlik edən müavini Azər Bayramov mənimsənilən kreditlərə görə məsuliyyət daşıyırlar və daşımalıdırlar da".
Məlumatlı şəxs istisna etmir ki, Samir Şərifovun qrupuna bu məsələdə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov da dəstək verib...
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi