“Azərbaycana məxsus uçan tank vurduğunu...” - Müdafiə Nazirliyindən cavab

img

14-12-2015 [11:48]


Azərbaycan Müdafiə Nazirliyi Ermənistan KİV-lərinin Azərbaycana məxsus pilotsuz uçan aparatın məhv edilməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirlikdən mia.az-a daxil olan məlumatda bildirilir ki, yayılan məlumatların heç bir əsası yoxdur: "Guya cəbhə xəttində Azərbaycana məxsus pilotsuz uçan aparatın məhv edilməsi barədə erməni KİV-lərinin yaydığı xəbər sadəcə cəfəngiyyat və uydurma olduğundan şərh etməmək, cavabsız da qoymaq olardı. Amma ermənilərin bir gün Azərbaycana məxsus hətta uçan tank vurub zorla öz xalqına sırıyacağı ehtimalını da unutmamalıyıq. Əslində, erməni cəmiyyətində "ruh yüksəkliyi” yaratmaq üçün ekran əsərləri çəkmək sifarişi alan, fantastika janrına meyilli erməni rejissor çəkəcəyi filmdən bir süjet danışıb, jurnalistlər isə bunu hərbi xəbər olaraq ucuz sensasiya kimi yayıblar. Bildiririk ki, Azərbaycana məxsus və silahlanmada olan bütün PUA-lar sıradadır və düşmənin hərəkətləri nəzarətdə saxlanılır. PUA-larımız döyüş tapşırıqları nəzərə alınaraq, müvafiq təhlükəsizlik tədbirləri görülmək şərtilə planauyğun, əvvəlcədən müəyyənləşdirilmiş istiqamətlərdə və düşmən mövqelərinin dərinliyində fəaliyyət göstərir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA