Beyləqanda Heydər Əliyevin anım günü qeyd olunub - FOTOLAR

img

12-12-2015 [16:32]


Bu gün Ümummilli lider Heydər Əliyevin anım günü Beyləqan rayonunda qeyd olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdulayev, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və minlərlə Beyləqan sakini Ümummilli liderin abidəsini ziyarət edərək xalqın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildirərək, abidənin önünə tər çiçək dəstələri düzüblər.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Mərkəzdə rayon icra hakimiyyəti rəhbərliyi Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif illərinin ayrı-ayrı məqamlarını əks etdirən çıxışlar ediblər. Rayon icra başçısı Vaqif Abdullayev çıxışında Ümumilli lider Heydər Əliyevin ideya və arzularının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA