Azərbaycandan olan oliqarxın zəngin maşın kolleksiyası - VİDEO

img

11-12-2015 [22:07]


Əslən Azərbaycandan olan oliqarx Roman Manaşirovun ailəsinə məxsus kotecdə axtarış zamanı elit maşınların avtoparkı aşkar olunub.

Avtomobillər bunlardır: İki "Rolls-Royce”, "Maybach”, "Bentley”, "İnfinti GX80”, 3 "Toyota Land Cruiser” və bir neçə "Mercedes-Benz”.

Avtomobillərin ümumi dəyərinin 100 milyon rubldan çox olduğu bildirilir. Hazırda hüquq-mühafizə orqanları Roman Manaşirovun mülkiyyətinin müsadirəsi məsələsini həll edirlər. Axtarış zamanı bir neçə dəyərli rəsm əsəri də aşkarlanıb.

Roman Manaşirov həbs edilən dostu Januko Rafailov və onun qardaşı Dona ilə bağlı cinayət təqibinin dayandırılması üçün müstəntiqlərə iki milyon rüşvət verəndə yaxalanıb. Qardaşları cinayətkar qruplaşma yaratmaq və qanunsuz miqrasiyaya görə ittiham edilirlər.

Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA